Paşinyan jurnalistdən böyük məbləğdə təzminat tələb etdi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalist Anna Gevorkyan və "İravunk tert" MMC-yə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib.
O, həyat yoldaşı Anna Akopyanla ayrılmasının səbəbləri barədə yayılan məlumatların təkzib edilməsini və mənəvi zərərə görə ona 4 milyon dram (11 min dollar) təzminat ödənilməsini tələb edir.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, mübahisəli materiallar Anna Gevorkyan tərəfindən sentyabrın 30-da özünün "Facebook" səhifəsində, "İravunk tert" nəşri tərəfindən isə oktyabrın 5-də xəbər saytında və sosial şəbəkələrdə yayımlanıb.
Yayımlanan xəbərlərdə iddia olunurdu ki, Paşinyan və Akopyan böyük sərvət toplayıblar və indi bunu rəsmi şəkildə sənədləşdirmək niyyətindədirlər. Həmçinin onların əmlakının və maliyyə vəsaitlərinin böyük hissəsinin Avropa İttifaqı ölkələrində yerləşəcəyi, Anna Akopyanın isə artıq Parisin mərkəzində 5.7 milyon avro dəyərində ev aldığı ehtimal edilirdi.
Bundan əlavə, materialların müəllifləri Akopyanın 2018-2020-ci illərdə İsveçrəyə etdiyi səfərlərə toxunaraq, bu səfərlərin guya əsasən gizli keçirildiyini və məqsədlərinin naməlum qaldığını bildirirdilər. Nəşrlərdə bu səfərlərin pul axınları və bank əməliyyatları ilə mümkün əlaqəsi barədə də fərziyyələr yer alıb.
Paşinyan yayılan məlumatların yalan olduğunu, həqiqəti əks etdirmədiyini və onun işgüzar nüfuzuna xələl gətirdiyini hesab edir. Məhkəmə iddiası çərçivəsində baş nazir Gevorkyan və "İravunk tert"i mübahisəli nəşrlərin yerləşdirildiyi eyni səhifələrdə və platformalarda təkzib verməyə məcbur etməyi tələb edir.
Tələblərə əsasən, bu, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra beş iş günü ərzində həyata keçirilməlidir. Təkziblər müddətsiz olaraq açıq girişdə qalmalı, ilkin materiallardan az nəzərəçarpacaq şəkildə tərtib edilməməli və əlavə şərhlərlə müşayiət olunmamalıdır.
Bununla yanaşı, Paşinyan cavabdehlərdən qeyri-maddi zərərin əvəzi kimi 4 milyon dramın tutulmasını tələb edir. İş hakim Qayane Mazmanyanın icraatına verilib, lakin iddianın baxışa qəbul edilib-edilməməsi məsələsi hələlik həllini tapmayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















