Paşinyan Karapetyandan 15 min dollardan çox təzminat tələb edir
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın “Güclü Ermənistan” partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyandan 6 milyon dram (təxminən 16 200 dollar) təzminat tələb etdiyi məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məhkəmə aktlarının dərc olunduğu ”Datalex” saytında öz əksini tapıb.
Məlumata görə, Paşinyan təzminatı Karapetyanın Çindən təxminən bir ton halüsinogen göbələk idxal etdiyi və çıxışlarından əvvəl istifadə etdiyi barədə verdiyi bəyanatlara görə tələb edir.
Məlumatda həmçinin Karapetyanın “YouTube” kanalında ən azı iki yüz min abunəçisi olan ən azı üç media orqanında canlı videoçəkilişlə sözlərini təkzib etməsi tələb olunur.
Məlumata görə, yuxarıda adı çəkilən media orqanlarında təkzib vermək mümkün olmazsa, bunun eyni şərtlər altında “/Strong Armenia” “YouTube” kanalı (Karapetyanın partiyasına məxsus kanal) vasitəsilə həyata keçirilməsi tələb edilir.
Bu mövzuda digər xəbərlər:Ermənistanda sirk binasının Samvel Karapetyandan müsadirəsi tələb olunub
10 İyul 2025 19:40
Karapetyandan Paşinyana: Ruslar getsə, türklər gələcək!
11 Sentyabr 2026 22:30
Mən Karapetyandan şəxsən xahiş etdim ki... Sarkisyan
27 Avqust 2025 10:48
Karapetyandan sensasiya: Əgər baş nazir olsa, sentyabrda...
11 Aprel 2026 20:25
Karapetyandan revanşist mesajlar: ordu, Moskva və Ağrı dağı vurğusu
11 Aprel 2026 22:06
Baxış sayı:93
Bu xəbər 15 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















