Icma.az
close
up
RU
Paşinyan niyə KTMT sammitinə deyil, Türkiyəyə üz tutdu?

Paşinyan niyə KTMT sammitinə deyil, Türkiyəyə üz tutdu?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Cənubi Qafqazda geosiyasi proseslərin yeni müstəvidə müzakirəsinə səbəb olur. Baş nazir Nikol Paşinyanın KTMT-nin Moskva sammitində iştirakdan imtina edərək Türkiyədə keçirilən COP31 tədbirinə qatılması İrəvanın həm Moskva, həm də Ankara ilə münasibətləri baxımından diqqətçəkən siyasi addımdır. 

Bu qərar Ermənistanın xarici siyasət prioritetləri, Rusiya ilə münasibətlərinin gələcəyi və Türkiyə ilə normallaşma perspektivləri barədə bir sıra suallar doğurur.

Maraqlıdır, Paşinyanın KTMT sammitində iştirakdan imtina edərək Türkiyədə keçirilən COP31 tədbirinə qatılmasını Ermənistanın xarici siyasətində strateji istiqamət dəyişikliyi kimi qiymətləndirmək olarmı?

Bu addım Moskva-İrəvan münasibətlərinə və Türkiyə-Ermənistan normallaşma prosesinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Tamilla Qulami açıqlama verib. 

Siyasi şərhçi bildirib ki, Nikol Paşinyanın KTMT-nin Moskvada keçirilən sammitində iştirakdan imtina edərək, Türkiyənin Antalya şəhərində təşkil olunan COP31 tədbirinə qatılması Ermənistanın xarici siyasətində baş verən strateji istiqamət dəyişikliyinin mühüm siyasi göstəricisidir:

"Lakin bu addımı birdəfəlik geosiyasi seçimdən daha çox, İrəvanın Moskvanın təsir dairəsindən mərhələli şəkildə uzaqlaşmaq və alternativ siyasi-iqtisadi tərəfdaşlıqlar qurmaq siyasətinin davamı hesab etmək daha doğru olar.

Əslində, Ermənistanın KTMT ilə münasibətlərindəki böhran bugünkü qərarla başlamayıb. 2024-cü ildən etibarən təşkilatın fəaliyyətində iştirakını donduran Paşinyan hökuməti artıq açıq şəkildə bu hərbi-siyasi blokun Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermədiyini nümayiş etdirir. 

Paşinyanın son açıqlamaları da göstərir ki, İrəvanın KTMT-yə marağı faktiki olaraq tükənib. Paşinyanın KTMT-yə marağının tükəndiyi barədə 5 noyabr açıqlamasını əsas gətirə bilərik.

Bu baxımdan, Moskva sammitində iştirakdan imtina siyasi mesaj xarakteri daşıyır. Çünki Rusiya üçün bu, müttəfiq hesab etdiyi ölkənin alternativ xarici siyasət kursunu nümayiş etdirməsidir.

Türkiyəyə səfər isə daha geniş geosiyasi məna daşıyır. Paşinyanın Ərdoğanın dəvəti ilə COP31-də iştirakı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması baxımından mühüm simvolik addımdır.

Xüsusilə, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması perspektivinin yenidən gündəmə gəldiyi bir vaxtda bu təmasların iqtisadi və regional əməkdaşlıq üçün yeni imkanları ehtimalı yüksəkdir".

Tamilla Qulami vurğulayıb ki, bütün bunlara rəğmən Ermənistanın Türkiyə ilə yaxınlaşması yalnız İrəvan-Ankara münasibətlərindən asılı deyil:

"Belə ki, Azərbaycanla sülh prosesinin irəliləməsi və regional kommunikasiyaların açılması da bu məsələdə həlledici amillərdir. 

Məncə, Paşinyanın hazırkı siyasətinin əsas məqsədi Ermənistanı Rusiyadan asılı təhlükəsizlik modelindən çıxararaq, Qərb və region ölkələri ilə daha çoxşaxəli münasibətlər sisteminə inteqrasiya etməkdir. 

Ancaq Moskvanı bu prosesdən kənarlaşdırmaq asan olmayacaq. Çünki Rusiyanın Ermənistanda iqtisadi, hərbi və siyasi təsir imkanları hələ də kifayət qədər böyükdür.

Düzdür, bu səfər Ermənistanın geosiyasi oriyentasiyasında baş verən dəyişikliklərin növbəti nümayişidir. İrəvan artıq təkcə Moskvanın mövqeyini nəzərə alan xarici siyasət yürütmək istəmir və regional münasibətlərdə yeni siyasi reallıqlara uyğun mövqe formalaşdırmağa çalışır.

Türkiyə Prezidenti sayın Ərdoğanın COP31 dəvəti və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində son təmaslar da Paşinyan hökümətinə təkan verən amillərdəndir".

Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri