Icma.az
close
up
RU
Rusiya üz çevirir: Paşinyan Türkiyəyə sığınacaq?

Rusiya üz çevirir: Paşinyan Türkiyəyə sığınacaq?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür, erməni mediası Ermənistan Baş naziri Nikol Paşinyanın çətin vəziyyətdə qaldığını iddia edir. ABŞ-Rusiya danışıqlarından sonra həm Qərbin zəiflədiyi, həm də Ukrayna müharibəsi bitən kimi Rusiyanın Cənubi Qafqaza fokuslanacağı fikirləri fonunda Nikol Paşinyanın Kreml və Aİ-nin dəstəyini itirəcəyi bildirilir. İddialara görə, Ermənistan Baş naziri Türkiyəyə sığına bilər.

Bu perspektiv nə dərəcədə realdır? Belə bir aqibət Paşinyanı gözləyirmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Ermənistanın və Baş nazir Nikol Paşinyanın son bir neçə ayda beynəlxalq arenada mövqeləri xeyli zəifləyib:

“Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, Fransanın başının həm daxildəki siyasi-iqtisadi böhrana, həm də Ukrayna müharibəsinə qarışması, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi Paşinyanın işini xeyli çətinləşdirib. Bu səbəbdən Tramp vəzifəyə gələn kimi Ermənistan Baş naziri Vaşinqtona səfər etdi. Onun məqsədi ABŞ-la əməkdaşlığı sıxlaşdırmaq idi. Lakin o, bu arzusuna nail ola bilmədi. Həmin səfərdə nə Donald Tramp, nə də ABŞ dövlət katibi Marko Rubio ilə görüşə bildi. Ehtimal olunur ki, Tramp Ermənistana sələfi Bayden administrasiyası kimi dəstək verməyəcək. Paşinyanı narahat edən əsas məqamlardan digəri isə ABŞ-Rusiya yaxınlaşmasıdır”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, mövcud vəziyyət Ermənistanı yeni sığınacaqlar tapmağa vadar edir:

“Sığınacaq dedikdə Avropa İttifaqı nəzərdə tutulur. Nikol Paşinyan Aİ və Fransadan verilən dəstəyi daha da artırmağa çalışır. Reallıq bundan ibarətdir ki, Aİ Rusiyaya qarşı balanslaşdırma üçün kifayət deyil. Qarşıdakı günlərdə Paşinyan Rusiya ilə bağlı mövqeyində dəyişikliklər edəcək. Rusiya lideri Vladimir Putinlə fikirlərini uzlaşdırmağa çalışacaq.
Ermənistan müxalifəti Nikol Paşinyanı ölkə maraqlarını daha çox Azərbaycan və Türkiyəyə satmaqla bağlı ittihamlar irəli sürür. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, bunun üçün də ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Hazırkı şəraitdə Türkiyənin Ermənistana dəstək verməsi gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri