Icma.az
close
up
RU
İlahi ədalət qələbə çalır

İlahi ədalət qələbə çalır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada Əsədlər dövrü bitdi. Ata Hafiz Əsədin və oğul Bəşər Əsədin hakimiyyət illərini toplasaq, 53 il edər. Ermənistanın Azərbaycana hərbi təcavüzü isə 30 ildən çox davam edib.

Həmin 30 illik işğal dövründə Əsəd Suriyası Rusiyanın ən yaxın müttəfiqi olub. Rusiya isə işğalçı Ermənistanın arxasında dayanırdı. Hətta Moskva ilə İrəvan arasındakı bu hərbi müttəfiqlik vahid qoşun yaratmağa qədər gedib çıxmışdı. Həmin illər, onillər ərzində Suriya, İraq, eləcə də, Livan və başqa bir sıra ərəb ölkələri Ermənistanla hərbi müttəfiq olmuşdular. Onların arasında Suriya Ermənistana ən çox dəstək verən ölkə idi.

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi və işğal altında saxladığı dövrdə Suriyadan və Livandan xeyli muzdlu terrorçu Qarabağa - Azərbaycana qarşı döyüşməyə gəlmişdi. Həmin dövlətlər öz vətəndaşlarının ölkələrinin sərhədlərindən kənarda - Azərbaycana qarşı vuruşmasına göz yummuşdular.

Yeri gəlmişkən, Azərbaycanın da vətəndaşları arasında ölkə hüdudlarından kənarda, o cümlədən, Suriyada qanunsuz hərbi birləşmələrə qoşulanlar, müharibələrdə iştirak edənlər var. Belə əməlləri Amerika vətəndaşı da edir, Avropa ölkələrinin vətəndaşları da, Rusiyalılar da, başqaları da. Ancaq sivil, normal dövlət bu cür ünsürləri cəzalandırır. Azərbaycan da məhz o dövlətlərdəndir ki, ya muzdla, ya da başqa səbəblərə görə xaricdə hərbi birləşmələrə, terror təşkilstlarına qoşulan vətəndaşlarını qanun çərçivəsində ən sərt cəzalandırır. Ancaq Suriyanın, yaxud Livanın Qarabağda Azərbaycana qarşı vuruşmuş vətəndaşlarına belə bir adekvat cəza verdiyini görmədik.

Məlumdur ki, Suriya Rusiyanın və İranın təsiri altında olan ölkə idi. Eləcə də, Livana Rusiyanın, Fransanın, əlbəttə, İranın təsiri böyük idi. İran ordusunun - SEPAH-ın, eləcə də, Tehranın maliyyələşdirdiyi "Hizbullah" terror təşkilatının Livanda və Suriyada məğlub olması ilahi ədalətin qələbəsidir. Üstəlik Ermənistanı dəstəkləyən İranın Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə zəifləməsi fonunda Azərbaycana qardaş və strateji müttəfiq dövlətin - Türkiyənin güclənməsi müsbət gəlişmədir.

Ermənistan mediasına, sosial şəbəkə platformalarının erməni seqmentinə baxdıqda, çox dərin üzüntü, hətta "ictimai ağlaşma" görürük. Hətta erməni siyasi ekspertlər belə bu hadisələri emosiyasız şərh etmirlər. Xüsusilə, İranın Siriyada bu şəkildə uduzmasını, üstəlik Türkiyənin güclənməsini az qala milli faciə kimi qəbul edirlər. Hətta: "Suriya əldən getdi, növbə Zəngəzura gəlir" deyəm erməniəsilli politoloqun fəryadı bütün bölgədə eşidilir.

Aydın məsələdir ki, Əsədin devrilməsində ən çox rol oynamış və Suriyanın yenidən şəkilləndirilməsində ən çox rol oynayacaq ölkələr ABŞ, İsrail və Türkiyədir. ABŞ-da hakimiyyət dəyişir; seçilmiş prezident Donald Trampın necə bir xarici siyasət kursu seçəcəyi gələn ilin əvvəlində bəlli olacaq. Əvvəlki hakimiyyəti dövründə Tramp Türkiyənin etirazlarına baxmayaraq, PKK terror təşkilatının Suriya qolu olan YPG/PYD-ni dəstəkləmişdi. Bu dəfə də belə olacaqml, ya yox, bunu indidən demək çətindir. Hərçənd bu terror təşkilatınınn təmsilçilərinin Trampın andiçmə mərasiminə dəvət olunması Türkiyə üçün (deməli, həm də Azərbaycan üçün yaxşı xəbər deyil. Bununla belə çox şey, hətta hər şey zamanla dəyişə də bilər. Ancaq bir şey dəqiqdir: Suriyada Türkiyə və İsrail təsiredici iki mühüm güc olacaq və bu dövlətlərin hər ikisi Azərbaycanın müttəfiqləridir. Deməli, Ermənistanı həmişə Azərbaycana qarşı dəstəkləmiş İran, eləcə də, hazırda Ermənistanı silahlandıran Hindistan Suriyada uduzmuş vəziyyətə düşüb.

Məlumdur ki, Hindistan və Əsəd Siriyası bir-birinə qarşılıqlı dəstək verirdilər. Buna səbəb Əsəd rejiminin Türkiyə ilə münasibətlərinin pozulması idi. Hindistanın da Türkiyə ilə arasında soyuq, hətta gərgin münasibətlər var. Bu da Ankaranın Kəşmir məsələsində Pakistanı dəstəkləməsidir. Azərbaycanın da Pakistanla müttəfiqlik münasibətləri var; rəsmi Bakı Pakistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Kəşmir probleminin sülh yolu ilə həllinə tərəfdardır. Belə olduqda Ermənistana dəstək verən Fransa-Hindistan-İran üçbucağı formalaşıb.

Göründüyü kimi, Suriyada Əsəd rejiminin yıxılması Yaxın və Orta Şərqdə, eləcə də, Cənubi Qafqazda geopolitik proseslərə əhəmiyyətli təsir edir. Türkiyənin və İsrailin Suriyada üstün aktorlara çevrilməsi, eləcə də, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə səfəri, ən yüksək səviyyədə qarşılanması Tehrandakı mühafizəkar qüvvələri qıcıqlandırıb. SEPAH təmsilçisi "Cənubi Qafqazda müqəddəs müharibənin vaxtı yetişir" deyə Azərbaycanı dolayısı ilə təhdid edib. Halbuki bu bəyanat son vaxtlar Azərbaycan-İran münasibətıərində müşahidə olunan normallaşma prosesinin məntiqinə uyğun gəlmir. Azərbaycanın İsraillə, yaxud hər hansı başqa bir dövlətlə münasibətləri heç vaxt üçüncü bir ölkəyə qarşı yönəlməmişdi. Hələ qonşularına qarşı heç yönəlməyib. Hətta Azərbaycanın torpaqlarını otiz il işğal altında saxlamış Ermənistana da qarşı istifadə olunmayıb. Azərbaycan bir neçə ölkədən silah-sursat alıb, onların arasında İsrail də var. Ancaq bu silah-sursat başqa bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə qəsd üçün istifadə olunmayıb, Azərbaycanın öz ərazisində, öz sərhədləri daxilində - Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün, yəni hücum məqsədilə deyil, müdafiə məqsədilə istifadə edilib. Türkiyə və başqa müttəfiq dövləy Azərbaycana başqa ölkənin ərazisini işğal etmək üçün dəstək verməyib, Azərbaycanın özünün də heç belə məqsədi olmayıb. Ancaq Ermənistanı 30 il boyunca Azərbaycana qarşı işğalçılıq siyasəti yeridən zaman İran və bəzi başqa dövlətlər işğalçıya dəstək veriblər. Ona görə bu gün İranda hansısa qüvvənin "Cənubi Qafqazda müqəddəs müharibə yetişir" deməsi nəinki yersiz və əsassızdır, həm də acı gülüş doğurur. Cənubi Qafqazda müqəddəs müharibə artıq 2020-ci ildə olub və Azərbaycanın qələbəsi ilə bitib. O zaman SEPAH harda idi və nə ilə məşul olurdu, bunu özü də bilir, bütün dünya da görüb. Hər halda Azərbaycanın haqlı davasının yanında deyildi. Ona görə də kiminsə bu cür təhdidlərlə nəyəsə nail olacağını düşünməsi illüziyadan başqa bir şey deyil.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri