Paşinyan o mükafatdan danışdı “Hərəmizə yarım milyon veriləcək”
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı” mükafatı haqqında danışıb.
Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, o, ümumi mükafat fondunun 1 milyon dollar olduğunu bildirib:
“Mükafatı bölüşdüyümüz üçün Azərbaycanla hər birimizə 500 min dollar (yarım milyon) veriləcəyi gözlənilir. Vəsait hələ köçürülməyib, lakin bu pulun hansı ictimai ehtiyaclara və ya xeyriyyə məqsədlərinə yönəldiləcəyi barədə düşünürük. Konkret qərar olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, fevralın 4-də Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı” mükafatı ilə təltif ediliblər. Hər iki lider regionda sülhün bərqərar olması, sabitliyin təmin edilməsi və əməkdaşlıq gündəliyini ardıcıl şəkildə irəli sürdüklərinə görə bu ali mükafata layiq görülüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















