Icma.az
close
up
RU
Paşinyan odla oynayır: Putini həbs etmək istəyən... ŞƏRH

Paşinyan odla oynayır: Putini həbs etmək istəyən... ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İrəvanın Roma Statutuna qoşulması Ermənistan-Rusiya münasibətlərinə birbaşa ziyan vurur. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, bir sıra rusiyalı məmurun həbsi üçün Haaqada verilmiş kvazi orderlər fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə təkcə simvolik deyil, həm də kifayət qədər praktiki olaraq birbaşa ziyan vurur. M.Zaxarova vurğulayıb ki, Ermənistanın BCM ilə əməkdaşlığı bəzi beynəlxalq hüquq normalarının möhkəmlənməsinə töhfə verə bilsə, bu, bəlkə də başa düşülə və hətta alqışlana bilər. Lakin onun sözlərinə görə, bu “psevdoməhkəmə”nin iki onillik iş təcrübəsi bəzən bunun əksini deyir. Qeyd edib ki, BCM heç bir münaqişənin həllinə kömək etməyib. Dəstək və əməkdaşlığa hazırlıq bəyanatı yalnız qondarma “məhkəmə”ni yeni avantüralara həvəsləndirir. Qeyd edək ki, Ermənistan rəsmi olaraq 2024-cü ilin fevralında Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub. Ermənistan XİN başçısı Mirzoyan isə 2 dekabrda Haaqaya gedib və ilk dəfə BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edib.


AĞ Partiya sözçüsü, siyası şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun qərarları sadəcə kağız üzərində qalır:


“Roma Statutuna 124 dövlət qoşulub. Təsəvvür edin ki, ABŞ, Rusiya və Çin kimi dünya gücləri bu statuta qoşulmayıblar. İndi Ermənistan kimi cırtdan ölkə qoşulub nə edəcək? Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin haqqında həbs orderi verib. İndi günü bu gün Kreml sahibi İrəvana səfər etsə, Ermənistan hökuməti onu həbs edəcək? Ermənistanın  buna cəsarəti və gücü çatmaz. İsrail baş naziri Benyamin Netanyahu haqqında BCM həbs qərarı verib. Lakin Roma Statutunu ratifikasiya edən ən güclü dövlətlər dolayısı ilə bu qərarı icra etməyəcəklərini bildirirlər. İndi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu kimə lazımdır? Ermənistan ancaq belə dişsiz yerlərdə görünməklə varlığını nümayiş etdirməyə çalışır”.


Ekspert qeyd edib ki, BCM indiyə qədər hansı münaqişənin həllində rol oynamayıb:

“Bəlkə Qarabağda ən ağır cinayətlər törədən erməni caniləri Köçəryan və Serj Sərkisyan haqqında həbs qərarı çıxarıblar, biz bilmirik. Əksinə bu cəlladların rəhbərlik etdikləri Ermənistanı üzv qəbul ediblər. Digər tərəfdən indiyə qədər bu məhkəmənin çıxardığı hansı qərarla hər hansı bir cinayətkar həbs edilib? Demək ki, qərarları kağız üzərində qalan mənasız bir birlikdir. Elə Zaxarova düz deyir, "psevdoməhkəmədir". Bir növ BCM Qərbin digər ölkələrə təzyiq etmə vasitələrindən biridir. Elə ciddi məhkəmədirsə, o zaman yuxarıda qeyd etdiyimiz 3 nəhəng dövlət-Rusiya, Çin və Amerika niyə qoşulmur? Amerikanın qoşulmama arqumenti suverenliyinin məhdudlaşdırılmasıdır. Bəs üzv dövlətlərin suverenliyi məhdudlaşmır?".


Siyasi şərhçi  Ermənistanın bu addımları ilə odla oynadığını bildirib:

 "Putin barəsində həbs qərarı verən bir birliyə forpostu sayılan bir ölkənin qoşulmasını bağışlamaz. Buna əmin olun. Sadəcə diqqətlər hazırda əsas Ukrayna cəbhəsindədir. Geridönüşdə Paşinyanı Kreml qapılarında Putinin qəbuluna girmək üçün gözləmədə görəcəyik. Düşünürəm ki, buna da az qalıb. Sadəcə Paşinyan odla su arasında qalıb. Rusiyadan qurtula bilmir, bu mümkünsüzdür. Qərbdən də özü qopmaq istəmir. Bir növ öz sonunu özü hazırlayır. Zaxarovanın bu açıqlamaları sadəcə verilən mesajlardan biridir. Bu mesajların hər biri vaxtı gələndə Ermənistan hökumətinə anladılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri