Icma.az
close
up
RU
Paşinyan odla oynayır, Qərbə qaçışın acı bədəli olacaq ŞƏRH

Paşinyan odla oynayır, Qərbə qaçışın acı bədəli olacaq ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zərdüşt Əlizadə: "Ermənistan Aİ-yə üzv olacağını düşünməklə özünü aldadır”“Ukraynanın səhvini təkrarlayan Ermənistan çıxılmaz yola sürüklənir”

“Ermənistan Qərbin onlara kömək göstərəcəyinə ümid bəsləyir. Doğrudur, kömək edirlər, ancaq qəpik-quruşla. Paşinyan höküməti, Aİ ilə yaxınlaşmaqla Rusiyanı itirir. Moskvanın Ermənistana qarşı mövqeyi kifayət qədər sərtləşib. Bu vəziyyət Paşinyan hökuməti üçün xoşagəlməz nəticələrə yol açacaq”. 

Bu fikirləri politoloq Zərdüşt Əlizadə Sherg.az-a Ermənistanın Avropa İttifaqına yönəlik siyasətini təhlil edərkən bildirib:

“Paşinyan Ukraynanın Avropa İttifaqına inteqrasiya təcrübəsindən nəticə çıxarmadan, Qərbə doğru siyasi kursunu israrla davam etdirir. Avropa İttifaqı bir tərəfdən daxili ziddiyyətlər ucbatından tədricən zəifləyir, digər tərəfdən isə yarım əsrdir ki, sıralarına qoşulmağa çalışan Türkiyəni qəbul etmək niyyətində deyillər. Üzv dövlətlər daha əvvəl Moldova və Ukraynaya da təşkilata inteqrasiya vədi vermişdilər. Amma ortada heç nə yoxdur. Ümumiyyətlə aparıcı Qərb dövlətləri qurumun daxili sabitliyini qorumaq üçün yeni üzvlərin qəbulu prosesini ləngidir və bu məsələyə olduqca istəksiz yanaşırlar. Çünki ittifaqa yeni qəbul edilən hər bir ölkə böyük maliyyə yükü deməkdir”. 

Politoloqun sözlərinə görə, Qərb dövlətləri öz pullarını kasıb ölkələrə paylamaq istəmir:

“Belə bir mənzərədə Aİ-nin Ermənistanı sıralarına qatacağını düşünmək kor-koranə sadəlövhlükdür. Doğrudur, Ermənistan böyük dövlət deyil. Ona ayrılacaq vəsait də Aİ ölkələrinin gəlirlərinə ciddi təsir göstərməz. Ancaq bu cür asılı və iqtisadiyyatı çökmüş dövlətlərin gəlib Avropa İttifaqına qoşulması kimə və nəyə lazımdır?! Erməni mədəniyyəti, Avropadan xeyli uzaqdır. Ermənistan cəmiyyətində və siyasətində nə insan haqlarına, nə də beynəlxalq hüququn təməl prinsiplərinə hörmət qoyulmur. Beynəlxalq hüququ tanıyan dövlət qonşusunun torpağına göz dikməz”.

Z.Əlizadə onu da qeyd edib ki, Ermənistanın apardığı işğalçı siyasətin Avropa dəyərlərində və sivil dünyada heç bir qarşılığı yoxdur:

“Ermənistan ərköyün uşaqdır deyə Aİ onun xətrinə dəymir. Amma tərbiyəsiz uşaq olduğunun da fərqindədirlər. Ukrayna müharibəsi fonunda, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistan üçün "göydəndüşmə" gəlir qapısı açdı. Ermənistan Qərbdən aldığı texnoloji avadanlıqları Rusiya bazarına təkrar ixrac edərək milyardlarla dollar qazandı. Rusiyanın müvəqqəti çətinliyindən istifadə edərək arxadan oyun quran Paşinyan hökuməti odla oynayır. Ukrayna müharibəsi bitdikdən sonra Qərbin qucağına qaçmağın cəzasını Ermənistan dövlət olaraq çox acı şəkildə ödəyəcək”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri