Icma.az
close
up
RU
Paşinyan Putini ŞANTAJ EDİR

Paşinyan Putini ŞANTAJ EDİR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı referendum layihəsini tam şəkildə qəbul etsə də, bu prosesin arxasında real niyyət yoxdur.

Modern.az-ın məlumatına görə, Ermənistanın “Hraparak” qəzeti hökumət daxilindəki mənbələrə istinadən yazıb ki, rəsmi İrəvan bu ideyanı daha çox Rusiyanı şantaj etmək üçün istifadə edir.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti Avropaya inteqrasiya məsələsini siyasi təzyiq vasitəsinə çevirmək niyyətindədir. Onlar Avropa yönümlü referendum təşəbbüsünün 60 min vətəndaş tərəfindən dəstəklənməsinə baxmayaraq, bu məsələdə aktiv addım atmaq fikrində deyillər. Bunun əvəzində, Kremlə referendumun sadəcə ictimai təşəbbüs olduğunu və hökumətin ona ciddi yanaşmadığını göstərməyə çalışırlar. Beləliklə, Ermənistan rəhbərliyi Moskva ilə münasibətlərdə əlavə güzəştlər əldə etməyə cəhd edir.

Eyni zamanda, Aİ-yə inteqrasiya prosesini əlaqələndirmək üçün baş nazirin müavini postunun yaradılacağı ilə bağlı iddialar səslənir, ancaq hökumət daxilində bu barədə heç bir konkret müzakirənin aparılmadığı bildirilir.

Bu isə bir daha göstərir ki, Ermənistanın Aİ-yə üzvlük planları real siyasi strategiyadan çox, Moskvanı təzyiq altında saxlamağa hesablanmış bir gedişdir.

Son illərdə Ermənistanın xarici siyasətində bu cür manipulyativ yanaşmalar artıq bir tendensiyaya çevrilib. Rəsmi İrəvan gah Rusiyanı, gah da Qərbi bir-birinə qarşı istifadə edərək siyasi və iqtisadi dividentlər qazanmağa çalışır. Lakin Ermənistanın real güc balansında Aİ-yə inteqrasiyasının mümkün olmadığı və Moskvanın bölgədə əsas dominant güc olaraq qaldığı aydındır. Belə olan halda, Paşinyanın “Avropaya gedirik” mesajı daha çox daxili auditoriyanı sakitləşdirmək və Rusiya Prezidenti Putinə qarşı şantaj elementinə çevrilmiş görünür.

Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi Aİ-yə üzvlük ideyasını sadəcə alver predmeti kimi istifadə edir. Lakin bu taktika nə Avropada, nə də Rusiyada ciddi qəbul edilir. Brüssel İrəvanın geosiyasi şantaj oyunlarını aydın görür və real üzvlük perspektivlərinin olmadığını anlayır. Moskva isə Paşinyanın bu cəhdlərinə qarşı ciddi tədbirlər görməyə çalışır. Ermənistanın siyasi oyunu sonda İrəvan üçün çətin nəticələr doğura bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri