Icma.az
close
up
RU
Paşinyan oliqarxın şirkətinə qara maskalıları göndərdi “Elektrik Şəbəkələri” şirkətində axtarış gedir

Paşinyan oliqarxın şirkətinə qara maskalıları göndərdi “Elektrik Şəbəkələri” şirkətində axtarış gedir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın “Elektrik Şəbəkələri” ASC-nin (HETS) baş ofisində istintaq orqanları bu gün axtarışlar aparır. Bu barədə vəkili Tiqran Hayrapetyan yerli mətbuata məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları şirkət əməkdaşlarının binaya daxil olmasına imkan verməyiblər. Vəkilin açıqlamasına əsasən, istintaqçılar şirkətin Direktorlar Şurasının sədri Narek Karapetyanın gəlməsini gözləyirlər və yalnız bundan sonra axtarışlara başlayacaqlar. Şirkətin rəhbərliyi istintaqın mahiyyətindən xəbərsizdir.

“Elektrik Şəbəkələri”nin icraçı direktoru David Qazinyan jurnalistlərə açıqlamasında deyib ki, istintaqın hansı cinayət işi çərçivəsində aparıldığından xəbərləri yoxdur. Siyasi göstəriş olub-olmadığı ilə bağlı suala isə Qazinyan cavab verməkdən imtina edib: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Amma istintaq hərəkətləri uzun çəkərsə, bu, şirkətin fəaliyyətinə ciddi təsir göstərə bilər”, - deyə o bildirib.

Ermənistan İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan isə mətbuata açıqlamasında bildirib ki, İrəvan şəhər istintaq idarəsi və iqtisadi cinayətlər üzrə baş idarənin apardığı istintaq çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Konkret olaraq hansı cinayət işlərindən söhbət getdiyi barədə məlumat verilməyib. Komitə yaxın vaxtlarda ictimaiyyətə rəsmi açıqlama ilə çıxış edəcəyini bildirib.

Qeyd edək ki, iyulun 3-də Ermənistan parlamenti “Elektrik Şəbəkələri” şirkətinin dövlətləşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Bu addım müxalifət tərəfindən siyasi təzyiq kimi qiymətləndirilir.

Müxalif partiyalar hesab edirlər ki, istintaq tədbirləri və dövlətləşdirmə qərarı birbaşa şirkətin rəhbəri, tanınmış iş adamı Samvel Karapetyanın yaxın günlərdə Ermənistan Apostol Kilsəsinin müdafiəsi ilə bağlı verdiyi bəyanatdan sonra reallaşıb.

Hakimiyyət isə bu ittihamları rədd edir və bildirir ki, hüquqi prosedurlar Karapetyanın açıqlamasından xeyli əvvəl başlayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri