Paşinyan onları da ABŞ yə apardı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan sentyabrın 22-dən 25-dək Nyu-Yorkda səfərdə olacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan XİN rəhbərinin müxtəlif ölkələrin həmkarları və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri ilə bir sıra ikitərəfli görüşləri, sənədlərin imzalanması, eləcə də tematik tədbirlərdə çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gedib. O, sessiyanın yüksək səviyyəli hissəsində çıxış edəcək. Ermənistan hökumətinin məlumatına görə, Paşinyanın BMT-nin baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşləri də planlaşdırılır.
Paşinyanı ABŞ səfərində Ararat Mirzoyanla yanaşı, səhiyyə naziri Anait Avanesyan və ətraf mühit naziri Hambardzum Matevosyan müşayiət edir.
Nazir müavinləri arasında isə xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisogomonyan və səhiyyə nazirinin müavini Lena Nanuşyan Nyu-Yorka gediblər.
Məlumata görə, Ararat Mirzoyanın həyat yoldaşı, “İnvestisiyalara Dəstək Mərkəzi” fondunun baş direktoru da ABŞ-a gedib. Keçmiş parlament sədrinin müavini Akop Arşakyan da nümayəndə heyətinin tərkibindədir. O, Ermənistan İnnovasiya Fondunun Himayəçilər Şurasının sədridir.
Baxış sayı:47
Bu xəbər 22 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















