Icma.az
close
up
RU
Paşinyan son döyüş ə hazırlaşır Köçəryandan inanılmaz addım

Paşinyan son döyüş ə hazırlaşır Köçəryandan inanılmaz addım

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda siyasi gərginlik yeni mərhələyə qədəm qoyub. Parlamentin sədri Alen Simonyanın keçmiş üç prezidenti “siyasi meyit” adlandırması vəziyyəti daha da gərginləşdirib. Ekspertlərin fikrincə, mövcud siyasi vəziyyət Ermənistan hakimiyyəti, xüsusilə də baş nazir Nikol Paşinyan üçün yaxşı gələcək vəd etmir. Siyasi qütblər arasında qarşıdurma dərinləşir.

Bu gərginlik Paşinyanın hakimiyyəti, hətta həyatı bahasına başa gələr bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, sabiq prezident Robert Köçəryan Rusiyadan aldığı dəstəyə arxalanaraq Ermənistanda hakimiyyət çevrilişinə cəhd etməyə çalışır:

“Paşinyan addımlarını Rusiya əleyhinə kimi göstərsə də, əslində, Kremlin mövqelərinə ciddi şəkildə xidmət edib.

Köçəryanın 2026-cı ildə Paşinyanın qalib gəlməsini “sıfır ehtimal” adlandırması, eləcə də iş adamı Samvel Karapetyanın yaratdığı partiyanın seçkidə qalib gələcəyini iddia etməsi, planın arxasında Moskvanın dayandığını açıq göstərir.

Bir rusiyapərəst şəxsin Vaşinqtonda imzalanmış sənədi Ermənistan üçün “faydasız” adlandırması və həmin sazişin rəsmi İrəvana problem yaratdığını deməsi, bu mövqelərin haradan qaynaqlandığını sübuta yetirir.

Köçəryan artıq baş nazirliyə namizəd olduğunu elan edib. Onun fikrincə, Paşinyanın əldə etdiyi yeganə uğur Trampın imzası olan, lakin heç bir hüquqi qüvvəsi olmayan sənəddir”.

Ə.Əlibəyli qeyd edib ki, Köçəryan-Paşinyan qarşıdurması daha çox Azərbaycan mövzusu üzərindən cərəyan edir:

“Köçəryanın “sülhə qarşı deyiləm” deməsi də müəyyən mənaya malikdir. O, 2026-cı il seçkilərinə Azərbaycanın da təsir imkanlarının olduğunu anlayır. Bu da onun siyasi baxımdan əzilməsinə gətirib çıxara bilər.

Rusiyadan dəstək alan keçmiş prezidentlərin Paşinyana qarşı birləşməsi 2026-cı il seçkilərinə hazırlıqdır və bu, yeni bir siyasi “döyüş” mərhələsinə keçidi ifadə edir.

Xatırladım ki, 2008-ci ildə keçirilmiş etiraz aksiyalarında həyatını itirənlərin ailələrinə təzminat ödənilməsi üçün Köçəryan və digər yüksək vəzifəli şəxslərdən 2 milyon dollara yaxın vəsait müsadirə olunmalıdır. Hazırda bu işlər məhkəmə mərhələsindədir. Avropa İnsan Haqları Məhkəməsi də bu prosesə dəstək verir. Əgər həmin müddətə qədər Köçəryan, Sərkisyan və digər şəxslər həbs olunmazsa, 2026-cı il seçkilərində tanış və təhlükəli bir səhnə yenidən yaşana bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri