Ağsu çayı üzərində inşa olunan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? Rəsmi AÇIQLAMA
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı hissəsində inşa olunan körpüdə tikinti işləri hazırda davam etdirilir. Ərazidə körpünün dayaqlarının inşası üzrə müvafiq işlər həyata keçirilir”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
Körpünün nə zaman istifadəyə verilməsinə gəldikdə isə qurumdan qeyd olunub ki, sözügedən ərazidə tikinti işləri layihə üzrə nəzərdə tutulmuş qrafikə uyğun olaraq icra olunur:
“İşlərin layihədə müəyyən edilmiş müddət ərzində yekunlaşdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, qeyd edilən körpünün inşasına Prezidentin 31 iyul 2020-ci il tarixli sərəncamına əsasən başlanılıb.
Bu məqsədlə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 15,0 (on beş) milyon manat ayrılıb.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində Ağsu çayı üzərində inşa olunan asma körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76,5 metr, asma qüllələrin hündürlüyü isə 142 metrdir.
Eyni zamanda, yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını almaqdır.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 Oktyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















