Icma.az
close
up
RU
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?

Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda son illər nəqliyyat sıxlığı şəhər sakinlərinin gündəlik həyatında əsas problemlərdən birinə çevrilib. Xüsusilə səhər və axşam saatlarında avtomobillərin yollarda uzun müddət qalması insanların işə və digər ünvanlara vaxtında çatmasına mane olur. 

Tıxaclar yalnız vaxt itkisinə və sürücülərin əlavə yanacaq xərclərinə səbəb olmur, eyni zamanda biznes fəaliyyətinə, əmək məhsuldarlığına və ölkə iqtisadiyyatına da təsir göstərir. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Bakıda tıxaclar ölkə iqtisadiyyatına birbaşa və dolayı zərər vuran amillərdən biridir: 

"Bakıda tıxaclar təkcə nəqliyyat problemi deyil, həm də ölkə iqtisadiyyatına birbaşa və dolayı zərər vuran amillərdən biridir. İlk növbədə, vaxt itkisi yaranır. İnsanların işə, görüşlərə və istehsal proseslərinə çatması üçün daha çox vaxt sərf etməsi əmək məhsuldarlığını aşağı salır. İşçi gün ərzində eyni vaxtda daha az iş görə bilir, sahibkarlar isə əmək vaxtından səmərəli istifadə etmək imkanını itirirlər. Bu, ayrı-ayrı müəssisələrin fəaliyyətinə təsir etməklə yanaşı, ümumi iqtisadi səmərəliliyi də zəiflədir”. 

İqtisadçı yanacaq və nəqliyyat xərclərinin artmasının da tıxacların iqtisadi nəticələrindən biri olduğunu vurğulayıb: 

"Tıxacda avtomobillər daha çox yanacaq sərf edir, tez-tez dayanıb hərəkət etmək mühərrik və digər hissələrin aşınmasını sürətləndirir. Şirkətlər üçün bu, əlavə əməliyyat xərcləri deməkdir. Xüsusilə yükdaşıma, taksi, kuryer və ərzaq təchizatı sahələrində nəqliyyatın ləngiməsi xidmətlərin maya dəyərini artıra bilər. Daşınma xərclərinin yüksəlməsi isə müəyyən hallarda məhsul və xidmətlərin qiymətinə də təsir göstərir”. 

Akif Nəsirlinin sözlərinə görə, tıxacların yaratdığı iqtisadi itkilər yalnız əlavə yanacaq sərfiyyatı və vaxt itkisi ilə məhdudlaşmır: 

"Vaxtında çatdırılmayan məhsullar, gecikən xidmətlər, işgüzar görüşlərə sərf olunan əlavə vaxt və nəqliyyat vasitələrinin boş dayanması iqtisadiyyatda görünməyən itkilər yaradır. Təcili yardım və digər operativ xidmətlərin hərəkətinin çətinləşməsi də sosial və iqtisadi riskləri artırır. Bundan başqa, avtomobillərin hərəkəti zamanı yanacaq sərfiyyatının və zərərli tullantıların artması ətraf mühitə, dolayısı ilə əhalinin sağlamlığına və səhiyyə xərclərinə mənfi təsir göstərə bilər”. 

Ekspert Bakıda tıxacların yaranmasının əsas səbəblərinə də toxunub: 

"Bakıda tıxacların yaranmasının səbəbləri arasında avtomobillərin sayının artması, iş və təhsil müəssisələrinin, eləcə də müxtəlif xidmətlərin müəyyən ərazilərdə cəmləşməsi, ictimai nəqliyyatın əlçatanlığı və rahatlığı ilə bağlı problemlər, parklanma çətinlikləri və yol infrastrukturunun yükü mühüm yer tutur. Əgər şəhərdə yaşayan və işləyən insanların böyük hissəsi eyni saatlarda eyni istiqamətlərdə hərəkət edirsə, yol şəbəkəsinin imkanları tez bir zamanda tükənir”. 

Akif Nəsirli hesab edir ki, tıxacların aradan qaldırılması üçün yalnız yeni yolların və yol ötürücülərinin tikilməsi kifayət deyil: 

"İctimai nəqliyyatın sürəti, rahatlığı və etibarlılığı artırılmalı, avtobuslar üçün ayrılmış zolaqlar genişləndirilməli, metro və avtobus marşrutları arasında əlaqə yaxşılaşdırılmalı, şəhərətrafı ərazilərdən gələn sərnişinlər üçün rahat nəqliyyat imkanları yaradılmalıdır. Eyni zamanda, parklanma siyasəti təkmilləşdirilməli, iş saatlarının çevik təşkili və məsafədən işləmək imkanları genişləndirilməlidir”.

 

İqtisadçı tıxacların ölkə iqtisadiyyatına vurduğu zərərin dəqiq müəyyənləşdirilməsi üçün ayrıca qiymətləndirməyə ehtiyac olduğunu bildirib:

"Əsas məsələ tıxacların iqtisadi zərərini yalnız sürücülərin itirdiyi vaxtla ölçməməkdir. Burada əmək məhsuldarlığının azalması, yanacaq israfı, biznes xərclərinin artması və şəhərin ekoloji yükünün ağırlaşması kimi amillər də nəzərə alınmalıdır. Bakıda tıxacların iqtisadi zərərinin dəqiq məbləğini müəyyənləşdirmək üçün gündəlik vaxt itkisi, nəqliyyat axını, yanacaq sərfiyyatı və bizneslərin əlavə xərcləri barədə aktual məlumatlar əsasında ayrıca iqtisadi qiymətləndirmə aparılmalıdır”. 

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri