Icma.az
close
up
RU
Paşinyan sülh sazişi ətrafında çirkin oyunlarını davam etdirir

Paşinyan sülh sazişi ətrafında çirkin oyunlarını davam etdirir

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paşinyan sülh sazişi ətrafında çirkin oyunlarını davam etdirir

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırılmadan sülh anlaşmasının imzalamağa hazır olduğu barədə növbəti dəfə rəsmi şəkildə cəfəfəng açıqlama ilə çıxış edib. O bu gün parlamentin iclasındakı çıxışında eyni gündə iki sənədi- ATƏT-in Minsk Qrupunun buraxılması və sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib. Paşinyan qeyd edib ki, sülh sazışinin imzalanmasından sonra ATƏT Minsk qrupunun saxlanılmasına ehtiyac qalmayacaq. Bu isə o deməkdir ki, Ermənistan faktiki olaraq öz Konsitutisiyasına olan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadan ölkəmizlə sülh anlaşması imzalamaq cəhdlərindən əl çəkmək niyyətində deyil. Halbuku Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Ermənistan öz Konsitutsiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadan iki ölkə arasında sülh anlaşmasının imzalanması mümkün deyil. Azərbaycanın bu mövqeyi Antalyada keçirilən 7-ci Beynəlxalq Diplomatiya Forumunda da qarşı tərəfin nəzərinə çatdırıb. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bir daha bəyan edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını Konsitutsiyasından çıxarmadan tərəflər arasında sülh anlaşmasının imzalanması mümkün deyil. Buna baxmayaraq Paşinyanın parlamentdəki çıxışı göstərdi ki, Ermənistan sülh anlaşması ətrafında çirkin oyunlarını davam etdirir.

Məsələyə münasibət bildirən tanınmış siyası şərhçi, millət vəkili Rasim Musabəyov deyib ki, Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməklə manevr edir və bununla beynəlxalq aləmi aldatmağa çalışır. Onun sözlərinə görə ATƏT Minsk Qrupunun ləğv edilməsi təkcə Ermənistanın və Azərbaycanın istəyindən asılı deyil və bu məsələ adı çəkilən qurumda konsensus yolu ilə həll edilir: "Məsələ ATƏT-də səsverməyə çıxarılan zaman bir ölkə onun qəbulunun əleyhinə səs versə onda sənəd qəbul olunmayacaq. Şübhə yoxdur ki, bu məsələ ATƏT-də səsverməyə çıxarılsa Minsk qrupunun ləğv edilməsini istəməyən Fransa onun qəbulunun əleyhinə çıxacaq. Ermənistanda bunu yaxşı bilirlər və ona görə cidd-cəhdlə bu cəfəng məsələni gündəmə gətirirlər. Ermənistan Konsitutsiyasına dəyişiklik etmədən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən ölkəmiz qarşı tərəflə sülh sazişini imzalamayacaq".

Beləliklə Paşinaynın son açıqlaması göstərir ki, Ermənistan sülh anlaşması ətrafında çirkin oyunlarını davam etdırır və sürətlə silahlanır. Bu isə Ermənistana yaxçı heç nə vəd etmir və onlar bunun ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.

Əziz Mustafa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri