Paşinyan tarixi seçim qarşısındadır, planı alınsa... ŞƏRH
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi konstitusiya dəyişiklikləri, layihəni referenduma çıxarmaq təşəbbüsü və referendumun uğursuz nəticələnəcəyi təqdirdə istefa verəcəyi barədə açıqlaması əsasən Azərbaycan və Türkiyə ilə münasibətlər kontekstində təhlil edilir.
Əslində isə Ermənistanda konstitusiya dəyişiklikləri bütövlükdə dövlətçiliyin gələcək perspektivlərini, inkişaf istiqamətlərini və beynəlxalq münasibətlər sistemindəki mövqeyini müəyyənləşdirə biləcək daha geniş geosiyasi prosesin bir hissəsidir.
Mövzunu şərh edən Vüqar Dadaşov Milli Cəbhə Partiyasının başqanı müavini, siyasi ekspert Vüqar Dadaşov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın dövlətçilik ənənələrinin formalaşması, real müstəqillik və suverenliyinin qazanılması baxımından proses mühüm siyasi-hüquqi əhəmiyyət daşıyır:
“Konstitusiya dəyişikliyi Ermənistanın xarici güclərə vasitə olmaqdan çıxaraq, müstəqil qərarvermə imkanları əldə etməklə real beynəlxalq subyektə çevrilə bilər. Təklif edilən dəyişikliklərə görə, Türkiyəyə qarşı ərazi iddialarının siyasi-hüquqi əsaslarının ləğvi, konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinaddan, Azərbaycana və qonşu dövlətlərə qarşı iddialardan imtina edilir. Belə transformasiya, ilk növbədə, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və regional münasibətlərin normallaşmasına mane olan siyasi-hüquqi maneələrin aradan qaldırılmasına şərait yaradar. Həmçinin, Ermənistanın Azərbaycan və Türkiyə ilə siyasi, diplomatik, iqtisadi, humanitar və hətta hərbi əməkdaşlığı üçün yeni imkanlar açır. Paşinyanın referendumun uğursuz nəticələnəcəyi təqdirdə istefa verəcəyi və hətta uğurlu olacağı halda seçkidə iştirak etməyəcəyi barədə açıqlaması da ayrıca siyasi-hüquqi müzakirə mövzusudur. Əvvəla, referendumun nəticəsi ilə baş nazirin hakimiyyətdən getməsi arasında birbaşa hüquqi bağlılıq yoxdur. Üstəlik, Paşinyan partiyasının parlament çoxluğu referendumun təyin edilməsi üçün tələb olunan üçdə iki səs çoxluğunu təmin etmir. Bu qərar üçün müxalifət deputatlarının da dəstəyi tələb olunur. Referendumun parlamentdə bloklanması ilə xalq tərəfindən rədd edilməsi fərqli hüquqi nəticələr doğurur. Buna görə də Paşinyanın istefa öhdəliyi bütün ssenarilərə uyğun gəlmir. Əgər proses uğursuzluqla nəticələnərsə, növbədənkənar seçkilərin keçirilməsi və hakimiyyət uğrunda yeni mübarizənin ehtimalı artacaq. Bu isə revanşist və rusiyönümlü qüvvələrin hakimiyyətə qayıtmasına imkan verə bilər. Paşinyan istefa öhdəliyinə əməl etsə belə, onun siyasi tərəfdarlarının, partiyasının avtomatik hakimiyyətdən kənarlaşması gözlənilən deyil. Yəni, Paşinyan tərəfdarları və onun "Mülki müqavilə" Partiyası yenidən hakimiyyət uğrunda mübarizə apara bilər. Ermənistan cəmiyyətində mövcud siyasi əhval-ruhiyyə və revanşist, rusiyönümlü qüvvələrə ictimai münasibət nisbəti Paşinyanın konstitusiya təşəbbüsünün keçərli olacağına ehtimalı gücləndirir. Lakin ümumən müxalifətin, kilsənin prosesdə fəaliyyəti Paşinyan üçün siyasi riskdir”.
V. Dadaşovun sözlərinə görə, Konstitusiya dəyişikliklərinin qəbulu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması üçün siyasi-hüquqi maneələrin əsas yükünü azalda bilər:
“Azərbaycanla iqtisadi-tranzit əlaqələri Türkiyə-Ermənistan sərhədinin açılması demək deyil. Türkiyə ilə tam normallaşma Ermənistanın "erməni soyqırımı" iddialarından imtina və digər tarixi-siyasi ziddiyyətlərin həlli şərtidir. Paşinyan hakimiyyətinin itirilməsi isə Rusiyanın Cənubi Qafqazda yenidən siyasi və geosiyasi təsir imkanlarının güclənməsinə, Ermənistanın xarici siyasət kursunun dəyişməsinə, Azərbaycan və Türkiyə ilə normallaşma prosesinin bloklanmasına, əvvəlki geosiyasi asılılıq mexanizminin bərpasına şərait yarada bilər. Ancaq prosesin analizi göstərir ki, Rusiya Paşinyanın "konstitusiya dəyişikliyi" vasitəsilə hakimiyyətdən gedəcəyinə əmin deyil. Buna görə də Moskva Gürcüstan vasitəsilə Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdlərini davam etdirir. Əlbəttə ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması təkcə konstitusiya dəyişiklikləri ilə deyil, təhlükəsizlik sistemində, iqtisadi münasibətlərdə, enerji və nəqliyyat infrastrukturunda, xarici siyasət prioritetlərində və regional əməkdaşlıq mexanizmlərində də müvafiq dəyişikliklər etməlidir. Azərbaycan və Türkiyə ilə inteqrasiya, eləcə də Avropa ilə siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi prosesi sürətləndirə bilər. Belə bir şəraitdə Rusiyanın Gürcüstan və digər regional istiqamətlər vasitəsilə Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək planlarının reallaşması da çətinləşə bilər”. Ekspertin sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması və regional iqtisadi-nəqliyyat inteqrasiyasına qoşulması Moskvanın əvvəlki geosiyasi nəzarət imkanlarını məhdudlaşdıracaq: “Rusiyanın Ermənistan üzərində təsirinin azalması ilə barışacağına inam yoxdur. Əksinə, Moskva regiondakı mövqelərini qorumaq üçün siyasi, iqtisadi və təhlükəsizlik təzyiqlərini gücləndirə, Ermənistanın daxili proseslərinə müdaxilə etməklə yanaşı, hərbi təzyiq və hətta müdaxilə variantına da gedə bilər. Belə bir ssenarinin reallaşması isə Rusiyanın imkanlarından və regional-beynəlxalq reaksiyalardan asılı olacaq. Nəticə etibarilə, Ermənistanın konstitusiya dəyişikliyi yalnız Paşinyanın hakimiyyətinin taleyi, Azərbaycanla sülh və Türkiyə ilə sərhəd və münasibət məsələsi deyil, həm də Ermənistanın dövlətçilik konsepsiyası, suverenliyinin möhkəmləndirilməsi və Cənubi Qafqazın geosiyasi arxitekturasının dəyişməsi prosesidir. Əslində, proses Ermənistan üçün əsas seçimin qonşu dövlətlərlə qarşıdurma və xarici güclərdən asılılıq üzərində qurulmuş əvvəlki siyasi modelin dağıdılması ilə müstəqil dövlətçilik, real suverenlik və regional inteqrasiya modeli arasında olduğunu göstərir. Yəni, Paşinyanın konstitusiya təşəbbüsü öz taleyi və Ermənistan dövlətçiliyi üçün ciddi sınaq-seçim olacaq. Belə bir ssenarinin reallaşması isə Rusiyanın imkanlarından və regional-beynəlxalq reaksiyalardan asılı olacaq. Nəticə etibarilə, Ermənistanın konstitusiya dəyişikliyi yalnız Paşinyanın hakimiyyətinin taleyi, Azərbaycanla sülh və Türkiyə ilə sərhəd və münasibət məsələsi deyil, həm də Ermənistanın dövlətçilik konsepsiyası, suverenliyinin möhkəmləndirilməsi və Cənubi Qafqazın geosiyasi arxitekturasının dəyişməsi prosesidir. Əslində, proses Ermənistan üçün əsas seçimin qonşu dövlətlərlə qarşıdurma və xarici güclərdən asılılıq üzərində qurulmuş əvvəlki siyasi modelin dağıdılması ilə müstəqil dövlətçilik, real suverenlik və regional inteqrasiya modeli arasında olduğunu göstərir. Yəni, Paşinyanın konstitusiya təşəbbüsü öz taleyi və Ermənistan dövlətçiliyi üçün ciddi sınaq-seçim olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 24 Noyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















