Icma.az
close
up
RU
Paşinyan təhlükəsizliyə qarant vermir: Buna görədə Azərbaycanın dəhliz variantı daha məqbuldur

Paşinyan təhlükəsizliyə qarant vermir: Buna görədə Azərbaycanın dəhliz variantı daha məqbuldur

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bakının narahatlığı Naxçıvana və Naxçıvandan yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır. Ermənistan ərazisində Nüvədi (Nrnadzor)-Kərçivan (Karçevan) dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Arazdəyən-Naxçıvan sərhədi hissəsində də qısa dəmir yolu xətti çəkilməlidir, lakin bu, Ermənistan-Ermənistan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”də dərc olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş ətraflı bəyanatında deyib. Paşinyan bildirib ki, eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırıq. Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, eskalasiya üçün saxta bəhanə yaratmaq məqsədi daşımır. Bakı bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran ərazisindən keçməklə Azərbaycan-Naxçıvan əlaqəsini təmin edəcək. Bunun əleyhinə deyilik, bu, İranla Azərbaycanın münasibətləri və onların həlli məsələsidir. Onu da bildiririk ki, Ermənistan İranın təklif etdiyi eyni hüquqi şərtlərlə Azərbaycanın qərbindən Naxçıvana tranziti təmin etməyə hazırdır. Azərbaycan buna cavab olaraq deyir ki, tranzit maneəsiz olmalıdır. Yəni İran üzərindən tranzit üçün maneələr var? Axı İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazır olduğumuzu deyirik. Qarşılıqlı prinsipinə əsaslanaraq, tranzit prosedurlarının sadələşdirilməsinə və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razılıq verməyə hazırıq. Bəs Azərbaycan niyə bizim konstruktiv təkliflərimizi rədd edir? Mən artıq əminəm: bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərbindən Naxçıvana və əks istiqamətdə, Azərbaycan ərazisindən (Naxçıvan) keçməklə Ermənistanın Mehridən Arazdəyənə və əks istiqamətdə bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması tamamilə hazırdır və onun həyata keçirilməsi üçün yalnız Azərbaycanın razılığı lazımdır. 

Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Azərbaycan həqiqətən də Naxçıvana yüklərin və sadə insanların keçidinin etibarlı təminatını istəyir:


“Paşinyan deyir ki, bu məsələ öz həllini tapıb, bircə Azərbaycanın “hə” deməsi qalır. Azərbaycanın “hə” deməsi üçün qarşılıqlı etimad lazımdır, Ermənsitan isə bunun üçün heç nə etmir. 

ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalayan, Avropa İttifaqı missiyasının fəaliyyətini iki il daha uzadan sərhəddə hərbi qüvvə cəlb edən Ermənistana necə güvənək? Hər şeydən öncə Ermənsitanda revanşist qüvvələr var. Müharibə tərəfdarı olan, işğal siyasətiylə beyinləri zəhərlənmiş insanlara Paşinyan necə güvənə bilər? Bu şəxslər onun hakimiyyəti üçün belə təhlükəlidir. Bizdən necə bu vəziyyətə hə deməyimizi istəyir? Paşinyan deyir ki, “Eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırıq. Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil”. Əslində hər şey gün kimi aydındır. Paşinyan ilə İlham Əliyevin fərqi ondan ibarətdir ki, Ermənistan lideri bu gün ilə yaşayır, İlham Əliyev isə gələcək prespektivə hesablanan addımlar atır. Paşinyan özüdə hakimiyyətə inqilab yolu ilə gəlib. Sabah onun da inqilabla hakimiyyətdən getməyəcəyinə heç kəs qarant vermir. Yaxud da sabah ermənistanda qanuni şəkildə hakimiyyətə ultra milliyətçi revanşist biri gəlsə, biz həmin şəxsin Paşinyanın imzaladığı sazişləri ləğv etməyəcəyini necə bilək?”.


Ekspert qeyd edib ki, İran nümunəsi doğru deyil:

“İranla münasibətlərdə müəyyən gərginlik olsa da, Tehran Naxçıvan ilə bağlı Bakıya təzyiq etməyib. İranla Azərbaycan arasında siyasi sferada müəyyən vaxtlarda etimadsızlıq olsa da, bu iqtisadi sferaya keçməyib. Lakin Ermənistanla sülh imzalansa belə, qarşılıqlı əlaqələr inam əsaslı tez bir zamanda qurula bilməz. 30 illik və müharibə onun öncəsində 100 illik bir ədalət var. Bu erməni və Azərbaycan xaqlının psixologiyasında həmçinin genefonuna hopub. Xalqlar arasında sülh və əlaqə təmin edilmədən, ədavət bitmədən Paşinyanın dediyi kimi bir münasibətin formalaşması qeyri- mümkündür. Paşinyanın təklif etdiyi kimi razılaşma olsa,  tırlarımıza ermənilərin hücumu ola, yaxud da mülki şəxslərimiz qaçırıla bilər. Heçnə olmasa belə, bir azərbaycanlı və erməninin mübahisəsində qanın axması qaçınılmazdır. Belə insidentlər isə bir vaxtdan sonra sülhü pozacaq. Buna görədə Azərbaycanın dəhliz variantı daha məqbuldur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri