Icma.az
close
up
RU
Paşinyan Trampdan istədiyini ala bilmədi

Paşinyan Trampdan istədiyini ala bilmədi

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan yenə də xəyanətkarlıq edir

İrəvan yenidən üzünü Rusiyaya tərəf çevirə bilər. Ermənistan KİV-lərinin məlumatına görə, Baş nazir Nikol Paşinyan Vaşinqtona səfər zamanı ABŞ-ın yeni prezidenti Donald Trampla görüşə cəhd edib. Lakin onun və erməni lobbisinin bütün səylərinə baxmayaraq, bu görüş baş tutmayıb.   “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Paşinyanın ABŞ-dan sonra Fransaya səfəri hakim partiyada ciddi narahatlıq yaradıb. Hakim komandada belə fikirlər dolaşır ki, Paşinyan  Ermənistana pis əhval-ruhiyyədə qayıdıb və onun Makronla görüşməsinin əsas səbəbi Ermənistanın Aİ-yə daxil olması ilə bağlı gündəliyə aydınlıq gətirmək olub.

Ermənistanda bir sıra ekspertlər hesab edirlər ki, Ermənistan Qərbdən ciddi dəstək ala bilməsə və yarı yolda yalnız buraxılsa, yenidən Rusiyaya yaxınlaşmağa çalışacaq.

İrəvan istəyinə nail olmayacaq

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın hakimiyyəti dövründə Ermənistana əvvəlki kimi dəstək verilməyəcək.

“Qarabağ işğal altında olduğu zaman ABŞ Qarabağda minalara qarşı “mübarizə” adı altında erməni separatçılarına iki milyon dollar dəyərində maliyyə dəstəyi göstərirdi. Lakin 2017-ci ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra bu yardım kəsildi. Xüsusilə qeyd edim ki, 44 günlük Vətən müharibəsində Paşinyan Ağ Evə dəfələrlə zəng vurub, amma zənglərinin heç birinə cavab verilmədi. Hətta erməni lobbisinin Ermənistana dəstək üçün çağırışlarına da məhəl qoyulmadı. Trampın ikinci hakimiyyəti dövründə də eyni yanaşmanın sərgilənəcəyi gözlənilir. Onu da qeyd edim ki, demokratlardan fərqli olaraq, respublikaçılar hər zaman Azərbaycanla münasibətlərə xüsusi önəm veriblər”.

Paşinyanın Vaşinqton səfərinin məqsədi nədir?

Politoloqun sözlərinə görə, Trampın Ermənistanla bağlı gələcək xarici siyasəti İrəvanı narahat edir: “Paşinyanın Vaşinqtona səfərinin əsas səbəbi həm Trampın Ermənistana münasibətini öyrənmək, həm də Bayden administrasiyası ilə imzalanan strateji tərəfdaşlıq sazişinin səmərəliyini müəyyənləşdirmək idi”.

Makronla görüş nədən qaynaqlanır?

“Vaşinqtonda öz məqsədinə nail olmayan Paşinyan dərhal Parisə səfər edib Prezident Emmanuel Makronla görüşdü. İndi o, ümidini Makrona bağlayıb,” - deyə A.Nərimanlı Fransanın Ermənistan siyasətini bu cür şərh edib: “Hazırda Fransa acınacaqlı bir durumdadır - Paris Mərkəzi-Qərbi Afrikada, eləcə də digər regionlarda geosiyasi təsir imkanlarını itirmək üzrədir. Belə bir halda Fransa gözünü Cənubi Qafqaza dikib - Parisə bu regionda təsir imkanlarını artırmaq ona görə lazımdır ki, o, qlobal səviyyədə itirilməkdə olan nüfuzunu bərpa edə bilsin. Parisdə belə hesab edirlər ki, Tramp administrasiyasının Cənubi Qafqazı diqqətdən kənar saxlaması, o cümlədən Rusiyanın bu regionda zəifləməsi onlara regionda mövqelərini möhkəmləndirməyə şərait yaradacaq. Sözsüz ki,  Fransa bu mənfur siyasətini Ermənistan üzərindən həyata keçirməyə çalışacaq. Bunun üçün Ermənistana hərbi-siyasi dəstəyi artıracaq, hətta İrəvanı Azərbaycanla sülh prosesindən yayındırmağa çalışacaq”.

İranla da yaxınlaşma  fayda verməyəcək

Politoloq qeyd edib ki, İran da bir müddət Ermənistana dəstək göstərib. O, vurğulayıb ki, Azərbaycan, Türkiyə və Rusiya regional məsələlərdə eyni mövqe sərgiləyərkən, Ermənistan və İran fərqli mövqedən çıxış edirdilər:“İran ətrafında çox ciddi proseslər hökm sürür - Suriyadakı son hadisədən sonra İran hakimiyyəti Yaxın Şərqdə öz təsir imkanlarını itirmək üzrədir. Bu, İranın Cənubi Qafqazdakı mövqeyinə də təsir edir. Tehranın Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar məhz bundan irəli gəlir. Bu da Ermənistanı daha çətin vəziyyətə salır”.

İrəvan xəyanətkar donuna girir?

 “İrəvan anti-Rusiya siyasətindən tam əl çəkməyəcək, ancaq bu siyasətini bir qədər yumşaldacaq. Trampın Ağ Evə qayıtdıqdan sonra - əvvəlki kimi Ermənistanda Rusiyaya qarşı sərt ritorikalar səsləndirilmir. Yəqin ki, bu, ya meydanda tək qalmaq qorxusundan irəli gəlir, ya da Qərbin onu himayəsinə alması üçün rol oynayır,”- A.Nərimanlı bitirib.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Fevral 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri