Paşinyan Xameneinin dəfnində iştirak üçün İrana gedir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın İranın mərhum ali lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi bildirilir.
Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan məlumat verib.
Şahverdyanın sözlərinə görə, Paşinyan daha əvvəl Əli Xameneinin və digər həlak olan şəxslərin ölümü ilə bağlı başsağlığı verib və hər hansı fövqəladə hal baş verməyəcəyi təqdirdə dəfn mərasiminə qatılacağını deyib.
“Mərasimi işıqlandırmaq üçün Ermənistandan media nümayəndələri, mədəni və ictimai xadimlər, iranşünaslar və fars dili üzrə mütəxəssislər də İrana səfər edəcəklər”, - Şahverdyan əlavə edib.
Qeyd edək ki, Əli Xameneinin 9 iyulda Məşhəddə dəfn ediləcəyi gözlənilir.
Nikol Paşinyanın dəfndə iştirak edəcəyi Ermənistan hökuməti tərəfindən rəsmən təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 30 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















