Paşinyan xanımının tənqidlərindən danışdı: “Mənə yönəlmiş irad kimi qəbul edirəm“
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın İrəvan meri və paytaxtdakı problemlər barədə səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb.
Noyabrın 19-da keçirilən brifinq zamanı tənqidləri necə qəbul etdiyi ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, Akopyanın sözlərini özünə yönəlmiş irad kimi qəbul edir. O, xanımının qaldırdığı aşkar problemlərin həll olunması üçün əlindən gələni edəcəyinə söz verib.
Xanımının onunla məsləhətləşib-məsləhətləşmədiyi, cütlüyün birlikdə yaşayıb-yaşamadığı (onlar əvvəllər boşanıblar) və əgər ayrı yaşayırlarsa, niyə dövlət mühafizəsi tərəfindən müşayiət olunduğu barədə suala cavab olaraq N.Paşinyan bildirib ki, Akopyan hökumət iqamətgahında yaşayır və ictimai fəaliyyətini onunla müzakirə etmir.
"Bu, normal haldır. Harada lazım bilirsə məsləhətləşir, bilmirsə yox. Ermənistan demokratik ölkədir", - deyə Paşinyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















