Pezeşkiandan Putinə: Paşinyan mənə dedi ki, Azərbaycan...
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Cənubi Qafqazda yaranan problemlərin həlli baxımından 3+3 formatlı əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) daha funksional vasitəyə çevrilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Pezeşkianın sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan onun İrəvana səfəri zamanı əmin edib ki, ABŞ və Azərbaycanla keçirilən son təmaslarda İranla Rusiyanın maraqları nəzərə alınıb. İran Prezidenti bu faktı əsas gətirərək qeyd edib ki, 3+3 formatı çərçivəsində aparılan dialoqların daha məhsuldar olacağına inanır və bu modelin təkmilləşdirilməsi üçün Rusiyanın iştirakı vacibdir.
Qeyd edək ki, altı ölkəni birləşdirən bu təşəbbüs ilk dəfə 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı dəstəkləyib, Ermənistan isə formata qoşulub. Gürcüstan isə Rusiya ilə münasibətlərinə görə bu platformada iştirak etməyi düşünmədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:54
Bu xəbər 25 Avqust 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















