Paşinyan yenə seçkiyə gedir: Saziş və sərhədi açmaq üçün...
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib.
Paşinyan yeni konstitusiya layihəsi parlamentdə qəbul olunmazsa, növbədənkənar seçkilər məsələsinin alternativ yol kimi nəzərdən keçirilə biləcəyini bildirib. Baş nazirin bu açıqlaması ölkənin ictimai-siyasi həyatında böyük rezonans doğurub, yerli siyasi dairələrdə və müxalifətdə müxtəlif müzakirələrə və tənqidlərə səbəb olub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yeni konstitusiyanın qəbulu Paşinyan üçün həm də etimad məsələsidir: “
Çünki yeni konstitusiya layihəsi qəbul olunmasa, referendumda erməni cəmiyyəti həmin konstitusiyaya səs verməsə, deməli, artıq Paşinyana etimad edilmir. Baxmayaraq ki, həmin cəmiyyətin əksər hissəsi parlament seçkilərində Paşinyana səs verib və onun baş nazir seçilməsinə yol açıb. Paşinyanın bu istiqamətdə atdığı addımlar Azərbaycanda da diqqətlə izlənilir. Çünki Azərbaycanın marağındadır ki, Ermənistanda yeni konstitusiya qəbul olunsun və həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bənd olmasın”.
Politoloq qeyd edib ki, Paşinyanın bunu necə edəcəyi onun öz problemidir:
“Konstitusiya layihəsini parlamentdən keçirəcək, referenduma çıxaracaq, yoxsa parlament seçkiləri keçirərək etimadını gücləndirdikdən sonra bu məsələni həll edəcək- bunlar Paşinyanın öz qərarı, öz problemdidir. Amma Paşinyan parlament seçkilərini məhz bu məsələ ilə əlaqələndirir. O başa düşür ki, yeni konstitusiya qəbul olunmadan Azərbaycanla münasibətləri tam şəkildə nizamlaya bilməyəcək. Türkiyə də böyük ehtimalla sərhədləri açmayacaq. Çünki Türkiyə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 28 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















