Icma.az
close
up
RU
Paşinyan yeni Konstitusiya layihəsini niyə gecikdirir?

Paşinyan yeni Konstitusiya layihəsini niyə gecikdirir?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan hökuməti bu ilin axırında yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə veriləcəyini nəzərdə tutmuşdu. İlin sonu yaxınlaşır. Lakin yeni Konstitusiya layihəsindən bir xəbər yoxdur. Əlbəttə, Ermənistanın yeni Konstitusiya layihəsinin dərci və ictimai müzakirələrin təşkili əhəmiyyətli irəliləyiş olardı. Bu, Paşinyan hökumətinin mövqeyini şifahi bəyanatlarla yox, konkret layihə və mətn əsasında qiymətləndirməyə imkan verərdi.

Lakin Paşinyan hökumətinin bu məsələdə tələsməməsi və tərəddüdünü görməmək mümkün deyil. Hökumətin tərəddüdü, yəni Ermənistanın yeni Konstitusiya layihəsinin açıqlanmaması və onun qəbulu üzrə referendumun vaxtının müəyyən olunmaması bəzi daxili və xarici amillərlə bağlıdır.

Əsas daxili amil yeni konstitusiyanın  qəbulunun zəruriliyinin əsaslandırılması ilə bağlıdır. Ermənistanın Rusiyayönümlü müxalifəti isə  yeni konstitusiya təşəbbüsünün Azərbaycanın təzyiqləri altında irəli sürüldüyünü iddia edərək, bunu Ermənistan dövlətçiliyi üçün təhlükəli amil kimi qiymətləndirir. Paşinyan hökuməti yeni konstitusiya təşəbbüsünü Ermənistanın öz dövlətçilik və idarəçilik ehtiyaclarından doğan gündəlik kimi təqdim edir. 2026-cı il avqustun 24-də parlamentdə çıxışında da bu mövqeyi müdafiə edib, müxalifətin prosesi Azərbaycan gündəliyi kimi təqdim etməsinə etirazını bildirib.

Hökumətin bu yanaşmanın siyasi məntiqi aydındır: hökumət yeni Konstitusiyanın layihəsinin hazırlanmasının  Ermənistan cəmiyyətində xarici tələbə tabe olmaq kimi qəbul edilməsinin qarşısını almağa çalışır. Lakin daxili auditoriyaya ünvanlanan həmin izah Azərbaycan üçün yetərli təminat yaratmır. Azərbaycanı ilk növbədə yeni mətnin hansı hüquqi nəticəni doğuracağı və bu nəticənin nə vaxt əldə ediləcəyi maraqlandırır.

Xatırladaq ki, Azərbaycanın mövqeyinə görə, Ermənistanın Konstitusiyasında Azərbaycan ərazisinə iddiaların hüquqi əsası kimi qiymətləndirilən müddəalar aradan qaldırılmalıdır. Ermənistan Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad olunur. Həmin Bəyannamədə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarına istinad olunur və həmin qərarda nəzərdə tutulanlar erməni xalqının məqsədilərindən biri kimi təsbit olunur. Yəni Azərbaycan konkret bir məsələdə konstitusiya dəyişiklərini tələb edir və bunu sülh sazişinin imzalanması ilə əlaqələndirir.

Bu məsələdə Ermənistanın hüquqi mövqeyi fərqlidir. Ermənistanın rəsmi mövqeyinə görə, Konstitusiya Məhkəməsinin 2024-cü il qərarı mövcud Konstitusiyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olmadığını iddia edir. Başqa sözlə, Azərbaycan və Ermənistan mövcud hüquqi vəsiyyəti də fərqli qiymətləndirirlər.

Son parlament seçkiləri göstərdi ki, Ermənistan cəmiyyətində və siyasi qüvvələri arasında sülhü qəbul etmək istəməyən revanşist qüvvələr hələ kifayət qədərdir, Konstitusiya dəyişikliyinə və bütövlükdə sülh prosesinə mane ola bilər. Paşınyan hakimiyyətinin tərəfdarları parlamentdə nisbi çoxluğa malikdirlər, yeni hökumət təşkil olunsa da konstitusiyanın qəbuluna dair referendum təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil. Paşinyan hökuməti revanşist qüvvələrin təzyiqini və cəmiyyətin həmin qüvvələri müdafiə edən kəsimini nəzərə almağa məcburdur.

Paşinyan hökumətinin tərəddüdü həmçinin xarici amillərlə bağlıdır. Ermənistan hələ də böyük güclər arasında manevr siyasətini davam etdirir və regionda formalaşmış geosiyasi vəziyyətin dəyişəcəyinə ümid edən dairələr hakimiyyət daxilində də mövcuddur. Ermənistan bir sıra sahələrdə Rusayadan asılılığı və  Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri, habelə Zəngəzur dəhlizinə qarşı çıxan İranın təzyiqləri  birmənalı  qəti qərarların qəbulunu çətinləşdirir və vaxtın uzadılmasına gətirib çıxarır. Vaxtın uzadılması da cəmiyyətin məlum kəsimində, revanşist müxalif siyasi qüvvələrdə və hakimiyyət daxilindəki bəzi qüvvələrdə belə bir ümid yaranır ki, beynəlxalq şərait dəyişdikcə Azərbaycan üzərində əlavə diplomatik təzyiq formalaşdırmaq və konstitusiya dəyişikliyi etmədən sülh müqaviləsini imzalamaq mümkün olar. Bu baxımdan sülh prosesini uzadaraq bir növ vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür.

Beləliklə, görünən odur ki, Paşinyan hökumətinin qarşısındakı əsas çətinlik daxili siyasi legitimliklə xarici etimadı eyni vaxtda təmin etməkdir; buna görə də  prosesin istiqaməti bəyan edilsə də, onun yekunlaşacağı vaxt hələ müəyyənləşməyib. Başqa sözlə, Paşinyan hökuməti konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil. Sülh sazişinin imzalanması perspektivi baxımından əsas qeyri-müəyyənlik də burada yaranır.

Prosesin konkret mərhələyə keçdiyini göstərən əsas əlamət yeni Konstitusiya layihəsinin dərc olunması və bununla  yanaşı, onun qəbuluna aparan hüquqi yolun müəyyənləşdirilməsi olacaq. Bu baxımdan prosesin irəliləməsinin yeganə mümkün variantı kimi  Paşinyan hökumətinin müxalifətlə razılığa gəlməsini göstərmək olar. Məsələ bundan ibarətdir ki, yeni Konstitusiyanın qəbulu təşəbbüsü ilə parlament deputatlarının ümdə biri, Hökumət və ya azı 200 min seçici çıxış edə bilər. Bütün hallarda referendumun təyin edilməsi  haqqında qərar  parlamentdə deputatların ümumi sayının üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilə bilər. Yəni Referendumun təyin edilməsi haqqında qərarın parlamentdə qəbulu üçün hökumət  müxalifətdən azı 6 səs qazanmalıdır. Müxalifətin böyük hissəsi Rusiyayönümlü olub Qarabağ və sülh prosesi məsələsində sərt mövqe tutduğundan, bu yol asan görünmür. Lakin yeni Konstitusiyanın bütövlükdə təqdim olunması, sadəcə preambula dəyişikliyi kimi yox, geniş islahat paketi kimi təqdim olunması bəzi qüvvələr üçün dəstəyi mümkün edə bilər. 

Qulamhüseyn Əlibəyli

Politoloq

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri