Icma.az
close
up
RU
Paşinyan Zəngəzur Mis Molibden Kombinatını amerikalılara SATMAQ İSTƏYİR İDDİA

Paşinyan Zəngəzur Mis Molibden Kombinatını amerikalılara SATMAQ İSTƏYİR İDDİA

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmaq üçün hər şeyi etməlidir. Ölkə daxilində cəmiyyətin dəstəyini və legitimliyini itirən Baş nazir hakimiyyətini qorumaq üçün xarici legitimliyə, xüsusilə ABŞ-nin dəstəyinə ehtiyac duyur. Bəs o, bu dəstək qarşılığında nə təklif edə bilər? Çünki ABŞ-nin hazırkı prezidentinin birtərəfli qaydada öz maraqlarına zidd olaraq güzəştə getməsi və qarşılığında heç nə almadan bir addım atması inandırıcı deyil. Paşinyan hesab edir ki, ABŞ hakimiyyət orqanlarını maraqlandıra biləcək bir şey tapıb: Zəngəzur Mis-Molibden Kombinatı.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, artıq altı gündür ki, Ermənistanın ən iri vergi ödəyicisi olan bu müəssisədə tətil davam edir:

“Tətilə işçilərin böyük əksəriyyəti qoşulub, onlar əməkhaqqılarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ermənistanın ən yüksək maaş verən şirkətinin əməkdaşları maaş artımı istəyir. Onların belə bir tələbi ola bilər, çünki burada iş şərtləri olduqca çətindir. Lakin tətilin təşkilində birbaşa Ermənistan hakimiyyətinin əli olması istisna edilmir”.

Nəşrin fikrincə, maraqlıdır ki, altı gündür davam edən tətilə baxmayaraq, Ermənistan hökuməti və şəxsən Paşinyan kombinatda baş verən hadisələrlə bağlı heç bir reaksiya verməyib:

“Halbuki hökumət bu məsələyə müdaxilə etməli idi. Çünki bu, təkcə ölkənin ən iri vergi ödəyicisi deyil, həm də Ermənistan hakimiyyətinin ikinci ən böyük səhmdar olduğu müəssisədir. Xatırladaq ki, 2021-ci ildə rusiyalı iş adamı Roman Trotsenkoya məxsus “Sənaye Şirkəti” kombinatın 60% səhmini aldıqdan sonra, ilk olaraq 15%, daha sonra isə əlavə 6,8% səhmi Ermənistan hökumətinə bağışlamışdı. Beləliklə, Ermənistan dövləti müəssisənin 21,8%-lik səhmdarı olmuşdu. Belə olduğu halda, işçilərin maaş və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tələbləri dolayısı ilə Ermənistan hökumətinə də ünvanlanır. Ancaq hökumət susur və bu susqunluq onu göstərir ki, İrəvan tətilin davam etməsində maraqlıdır və hətta onu təşkil edən tərəflərdən biridir”.

KİV vurğulayıb ki, Sünikdən (Qərbi Zəngəzur mərzi – red.) əldə edilən məlumatlar da bunu təsdiqləyir:

“Bildirilir ki, tətili təşkil edənlər arasında yerli hakimiyyət nümayəndələri də var və bu, Paşinyanın göstərişi ilə həyata keçirilə bilər. Məqsəd rusiyalı iş adamını müəssisədəki səhmlərini satmağa məcbur etməkdir. Alıcı isə hansısa ABŞ şirkəti ola bilər. Paşinyan Ermənistanın yeraltı sərvətlərindən ən gəlirli mənbəni amerikalılara ötürməklə onların siyasi dəstəyini qazanmaq istəyir. Əslində, rusiyalı sahibkarın da əldə etdiyi gəliri Rusiyaya daşıması sual altındadır.

Paşinyan bilir ki, ABŞ-nin yeni seçilmiş prezidenti indi dəstəyə ehtiyacı olan ölkələrin liderlərinə konkret təkliflər irəli sürür: dəstək, yəni təbii sərvətlərin əvəzinə hansısa kömək. Bir neçə gün əvvəl Donald Tramp belə bir təklifi Ukrayna prezidenti Volodimir Zelenskiyə də etmişdi:

“Biz Ukraynaya bildiririk ki, onların nadir torpaq metallarına sahib böyük ehtiyatları var. Biz Ukrayna ilə müqavilə bağlamaq istəyirik ki, onlar tədarükümüzün qarşılığında bizə nadir torpaq metalları və digər sərvətlər təqdim etsinlər”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirmişdi.

Bu isə Ukraynaya silah tədarükünün artıq pulsuz olmayacağı və yardım formatında verilməyəcəyi deməkdir. Yəni Ukrayna müharibəni davam etdirmək üçün yeraltı sərvətləri ilə “ödəmə” etməlidir. Zelenski üçün isə müharibənin davam etməsi vacibdir, çünki bu, onun hakimiyyətdə qalmasını təmin edir. Ukraynada prezident seçkiləri hələ ötən ilin mart ayında keçirilməli idi, lakin müharibə səbəbilə, demək olar ki, bir ildir təxirə salınır. Müharibə bitərsə və seçkilər təyin olunarsa, Zelenski dərhal hakimiyyəti itirəcək. Bu səbəbdən, onun məqsədi müharibəni mümkün qədər uzatmaqdır. Nəticə etibarilə, o, ABŞ-nin dəstəyini almaq üçün Ukraynanın yeraltı sərvətlərini onlara təklif edə bilər”.

“Ermənistan isə nadir torpaq metallarına sahib deyil və ya bu barədə açıq məlumatlar yoxdur. Ölkənin ən böyük mineral sərvəti Qacaran mis-molibden yatağıdır. Əgər Paşinyan bu yatağın istismarını Zəngəzur Mis-Molibden Kombinatından alıb amerikalılara ötürə bilsə, onda ABŞ onun hakimiyyətinin 2026-cı ildən sonra da davam etməsinə yardım edə bilər. Bəs ABŞ bunu necə təmin edə bilər, əgər Ermənistanın seçicilərinin böyük əksəriyyəti Paşinyanın əleyhinədirsə və onun getməsini istəyirsə? Çox sadə. Paşinyan seçkiləri saxtalaşdırıb özünü qalib elan edə bilər və seçkilərdən dərhal sonra ABŞ Dövlət Departamenti bəyan edəcək ki, seçkilər tamamilə qanuni olub və qalib gələn siyasi qüvvə, yəni Paşinyan təbrik edilməlidir. Bunun ardınca Avropanın ABŞ-yə tabe olan qurumları da eyni mövqeni sərgiləyəcək və seçkilərin “qanuniliyi” tanınacaq. Bundan sonra ölkə daxilində kim bu nəticələri şübhə altına ala bilər ki? Əgər bu plan həyata keçsə, prosesə “molibden – hakimiyyət əvəzinə” adı verilə bilər”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri