Icma.az
close
up
RU
Paşinyan Zəngəzurda qapalı toplantı keçirib Nə müzakirə edilib?

Paşinyan Zəngəzurda qapalı toplantı keçirib Nə müzakirə edilib?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə keçirilmiş görüşdən cəmi iki gün sonra, iyulun 12-də, hakim “Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyi və üzvləri ilə Zəngəzur bölgəsinin Gorus şəhərində qapalı toplantı keçirib. 

Bu barədə “AzPolitika.info” erməni mediasına istinadla məlumat verir.

Toplantı bir neçə saat davam edib və təxminən 200 nəfər partiya üzvü iştirak edib. Görüşlə bağlı mediaya yalnız 30 saniyəlik alqış səsləri olan bir video təqdim edilib. Tərkibin genişliyi və yerin seçimi siyasi kuluarlarda suallar doğurub: Zəngəzurdan keçəcək yolun açılması istiqamətində hansısa irəliləyişin olması ehtimalı istisna edilmir.

Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan bildirib ki, görüşün məkanında xüsusi məna axtarmağa ehtiyac yoxdur: “Bu artıq 4-cü və ya 5-ci toplantımızdır, müxtəlif vilayətlərdə keçirilir, bu dəfə Sünikdə keçirməyi qərara aldıq.”

Hakim partiyanın deputatı David Danielyan isə jurnalistlərə açıqlamasında bildirib ki, Əbu-Dabi görüşü toplantıda yalnız rəsmi açıqlamalarda yer alan məlumatlar əsasında müzakirə edilib: “Heç bir əlavə informasiya verilməyib.”

Rəsmi məlumata əsasən, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri dövlətlərarası münasibətlərin tənzimlənməsi üzrə bir sıra aspektləri müzakirə edib və ikitərəfli formatın danışıqlar üçün ən effektiv yol olduğunu vurğulayıblar.

Toplantının əsas gündəmi isə sentyabrda keçiriləcək partiya qurultayına hazırlıq olub. Bu barədə deputat Hasmik Hakobyan bildirib: “Əsas müzakirələr sentyabr qurultayı ilə bağlı idi.”

Qurultayda “Vətəndaş Müqaviləsi” partiyasının yeni rəhbər strukturu və idarə heyəti seçiləcək. 2026-cı il ümummilli parlament seçkilərinə hazırlıq məsələsi də müzakirə olunub. Lakin detallar açıqlanmayıb.

Xatırladaq ki, parlament sədri Alen Simonyan artıq may ayında bildirmişdi ki, partiya 2026-cı il seçkilərində təkbaşına iştirak edəcək.

Partiyanın reytinqinin aşağı düşməsi ilə bağlı iddiaları rədd edən hakim deputatlar isə inamlıdırlar. Hasmik Hakobyan deyib: “Növbəti seçkilərdə də qalib biz olacağıq. Müxalifət də bunu anlayır, ona görə öz aralarında rəqabət aparırlar – kim birinci müxalifət qüvvəsi olacaq. Biz qələbə qazanacağıq, sual yalnız budur: 54 faizlə, yoxsa 58 faizlə?”

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri