Icma.az
close
up
RU
Zəngəzurda döyüşlər başlasa, günahkar sizsiniz! Paşinyan

Zəngəzurda döyüşlər başlasa, günahkar sizsiniz! Paşinyan

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan hökumətinin intensiv təzyiqi nəticəsində ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən “prezidentliyə namizəd” olmaqdan imtina edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, İrəvanda fəaliyyət göstərən qondarma qurum “prezident seçkiləri” üçün müəyyən edilmiş müddəti qaçırıb, 31 may son tarix idi. S.Şahramanyanın “səlahiyyət müddəti” mayın 21-də başa çatıb. Bundan sonra qondarma qurumun “parlamenti” mayın 27-dək “yeni namizəd” irəli sürməli idi, amma nəşrin iddiasına görə, Nikol Paşinyan hökuməti buna imkan verməyib.

“Hraparak” qeyd edir ki, S.Şahramanyandan əllərini çəkən separatçılar “yeni namizəd” axtarışında olsalar da, Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən heç kim bu mənasız işin altına girmək istəmir:

“Düzdür, onlar (separatçılar) Şahramanyandan əllərini üzüblər, çünki hökumət ona birbaşa mətnlə “seçildikdən” sonra Sünikdə (Qərbi Zəngəzurda Ermənistan və Azərbaycan arasında mümkün toqquşma nəzərdə tutulur – red.) baş verən hər hansı bir prosesin təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacağı barədə xəbərdarlıq edib”.

Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyanın təhdidlərini S.Şahramanyan və digər separatçılara çatdıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 27-də separatçıların İrəvandakı fəaliyyətlərinə etiraz edib.

Spiker bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu söyləyib:

“Qarabağ təmsilçiləri (separatçılar) özlərinə “yeni prezident” seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın bəyanatlarını eşidirik. Qarabağın nümayəndələri “parlament sədri” seçirlər, Azərbaycan isə bəyan edir ki, mən də gələcəyəm, girəcəyəm və Qərbi Azərbaycanı quracağam”.

A.Simonyan vurğulayıb ki, bu bəyanatlar separatçıların atdığı addımlara Azərbaycanın “güzgü cavabı”dır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri