Icma.az
close
up
RU
Paşinyana dəstək çoxdur: Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur

Paşinyana dəstək çoxdur: Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq erməni ictimaiyyəti miflərə, uydurmalara inanmır və növbəti müharibə istəmir

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana müraciət edib. Baş nazir noyabrın 8-də Serj Sarkisyanın hakimiyyətdə olarkən Qarabağla bağlı Azərbaycanla apardığı danışıqlara dair sənədləri ilin sonuna qədər yayımlayacağını bəyan deyib. Paşinyanın fikrincə, bütün danışıqlar prosesi və təkliflər ipin qısaldılması ilə bağlı olub. İlin sonuna qədər danışıqlara dair sənədlər dərc olunacaq və bu, daha qabarıq görünəcək: "Robert Koçaryan və Serj Sarkisyanın son günlər bəyanatları bir daha təsdiq edir ki, Qarabağ məsələsi Ermənistan Respublikasını "ən yaxın ağaca" bağlamaq üçün tanınmış qüvvələrin əlindədir. Xalqların hüquqları, tarixi ədalət və bu kimi terminlər əsas məqsəd üçün sadəcə olaraq tüstü pərdəsi idi. Paşinyan bildirib ki, sabiq Baş nazir Karen Karapetyan o dövrdə Serj Sarkisyanın tapşırığı ilə onunla görüşüb və hakimiyyətin onu azad etməyə, hərəkatı dayandırmağa hazır olduğunu deyib. Paşinyan qeyd edib ki, söhbət zamanı ona Baş nazirin müavini vəzifəsi təklif olunmayıb: "İlk növbədə demək istəyirəm ki, mənimlə Baş nazirin müavini postu barədə heç bir danışıq olmayıb. Mən bu mövzunun müzakirəsinə belə icazə verməzdim. Əksini sübut edən hər hansı yazının mövcud olduğunu tamamilə inkar edirəm". Qeyd edək ki, Ermənistanda parlament seçkisi yaxınlaşdıqca, Paşinyan hökuməti ilə müxaliflər arasında siyasi qarşıdurma da kəskinləşir. Qarşıdakı dönəmdə mübarizənin daha da şiddətlənəcəyi ehtimal olunur.

Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a deyib ki, Ermənistanda hələlik Nikol Paşinyanı əvəz edə biləcək güclü qüvvə, fiqur yoxdur. Əgər olsaydı, 2021-ci ilin növbədənkənar seçkilərində Paşinyan yenidən qalib olmazdı. Deputat xatırladıb ki, 2021-ci il seçki ərəfəsində Robert Koçaryan Moskvaya qəfil səfər etmişdi:

"Koçaryan Prezident V.Putinlə görüşdü və dərhal sonra Rusiyanın birinci kanalına müsahibə verdi. O, seçkilərə qatılacağını, hakimiyyətə iddialı olduğunu demişdi. Təqribən bir həftə sonra Paşinyan da Moskvaya səfər etdi və Putinlə bir araya gəldi. Görünür, həmin dövrdə Paşinyan Kremlin müəyyən şərtlərini qəbul etməyə razılıq verib. Amma Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə rəğmən, seçkidə böyük səslə qalib gəldi. Bu, əslində nonsens idi. Çünki Ermənistan cəmiyyəti xəstə təfəkkürlü idi və illər boyu terrorçu hakimiyyətlər tərəfindən zəhərlənmişdilər. Bütün bunların fonunda Paşinyan növbədənkənar seçkilərdə yüksək nəticə göstərdi. İndi Paşinyan fərqindədir ki, Rusiyanın seçkilərə təsirləri qaçılmazdır. Moskva bacardığı qədər Ermənistandakı seçkilərdə öz əlaltılarını dəstəkləyəcək. Ancaq Rusiyanın dəstəklədiyi qüvvələr 2021-ci ildən nəinki güclü səviyyədə deyillər, əksinə, nüfuz baxımından daha aşağıdırlar".

Parlamentari qeyd edib ki, Paşinyan ötən müddət ərzində siyasi rəqiblərini ifşa edib, gözdən salıb, onları zərərsizləşdirib:

"Rusiyanın da yeni siyasi fiqur tapmaq imkanları məhduddur. Söhbət artıq sadəcə Paşinyandan da getmir. Erməni cəmiyyətinin proseslərə baxışı, yanaşması dəyişməkdədir. Bu dəyişikliyi yaradan isə Azərbaycandır. Yəni Azərbaycanın 44 günlük müharibədə qələbəsi, torpaqlarını işğaldan azad edərək yeni reallıqlar yaratması erməni toplumunu da ayıltdı, yuxudan oyatdı. Artıq erməni ictimaiyyəti miflərə, uydurmalara inanmır və növbəti müharibə istəmir. Paşinyana qarşı qüvvələr isə faktiki olaraq revanşistlərdən ibarətdir. Baş nazir isə obrazlı desək, "sülh partiyası"na rəhbərlik edir. Ona görə də Paşinyana dəstək çoxdur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri