Paşinyana hücum etmək istədi, özü yaralandı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ermənistanın Baş naziri Nikol Paşinyana hücum edərkən saxlanılan 18 yaşlı David Minasyanın səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Gəncin vəkili Lusine Martirosyan bildirib ki, tibbi müayinələrin nəticəsinə əsasən, David Minasyana qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.
Vəkil sosial media hesabında qeyd edib ki, müvəkkili heç bir qanunsuz hərəkət törətməyib və hadisə zamanı yalnız kilsədə iştirak edib.
Qeyd edək ki, hadisə martın 29-da İrəvandakı Müqəddəs Anna kilsəsində baş verib. Həmin vaxt kilsə üzvü Baş nazir Nikol Paşinyana hücum edib. Bu vaxt mühafizəçilərdən biri gəncin üz nahiyəsinə zərbə vurub.
Elə həmin gün David Minasyan saxlanılıb və məhkəmənin qərarı ilə xuliqanlıq və vəzifəli şəxsin fəaliyyətinə müdaxilə ittihamları ilə ikiaylıq həbs edilib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Aprel 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















