Icma.az
close
up
RU
Paşinyana qarşı iki cəbhədən HÜCUM

Paşinyana qarşı iki cəbhədən HÜCUM

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Konstitusiya Məhkəməsi yeddi siyasi qüvvənin şikayətlərini birləşdirib.

İyunun 26-da müxalifətin məhkəmə qərəzliliyi ilə bağlı iddialarına əsasən 2026-cı il parlament seçkilərinin nəticələrinə etiraz işi üzrə şifahi dinləmələrə başlanılacaq. 

Ali Məhkəmə instansiyası iyunun 21-də keçirilən iclasında “Güclü Ermənistan”, “Ermənistan” bloklarının, eləcə də “Çiçəklənən Ermənistan”, “Birlik Qanadları”, “Demokratiya, Hüquq, İntizam”, “Respublika Uğrunda Demokratiya Müdafiəçiləri Alyansı” və “Yeni Qüvvə” partiyalarının iddialarını icraata qəbul edib. Müxalifət qüvvələri iyunun 7-də keçirilmiş parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən iyunun 14-də elan edilmiş yekun nəticələrinə etiraz edirlər. 

Adları çəkilən 7 siyasi blok və partiya səsvermənin yenidən sayılmış nəticələrini qəbul etmir.

Ona görə də müxalifət ya səsvermənin ikinci turunun keçirilməsini, ya da ümumiyyətlə, parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir. Lakin Baş nazir Nikol Paşinyan nə ikinci tur, nə də yeni seçkilərin olacağını deyib. Müxalifət isə iddiaların təmin olunmayacağı təqdirdə eyni tələblərlə kütləvi etiraz aksiyalarına başlamağı müzakirə edir. Bununla bağlı ilkin təşəbbəüs “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyandan gəlib.

O, müxalifəti seçkilərin nəticələrinin dəyişdirilməsi və hakimiyyətə qarşı mübarizə məqsədilə konsolidasiyaya çağırıb. Yəni müxalifət həm məhkəmə instansiyasında, həm də küçələrdə Paşinyan hökumətinə qarşı paralel təzyiq taktikasına nail olmağa çalışır. Ancaq müxalifətin öz məqsədinə çatması birlik nümayiş etdirə bilməsindən daha çox asılıdır. “Ermənistan” blokunun lideri, eks-prezident Robert Köçəryan Samvel Karapetyanın birləşmək təklifinə müsbət cavab versə də, müxalifət düşərgəsində real müzakirələr müşahidə olunmur.

Samvel Karapetyanın çağırışı hələlik təklif olaraq qalır. “Çiçəklənən Ermənistan” Partiyası isə məhkəmənin qərarı ilə parlamentə düşəcəyinə ümid bəslədiyindən aksiyalara qoşulmağa tələsmir.

Səslərin təkrar sayılması zamanı “Çiçəklənən Ermənistan” 154 əlavə səs qazansa da, 222 səs itirib. 

Robert Köçəryanın Samvel Karapetyana dəstək verəcəyi də inandırıcı görünmür. Seçkilərdən əvvəl müxalifət düşərgəsində mövcud olan siyasi qütbləşmə hələ davam edir. Sadəcə olaraq, parlamentə düşmək imkanı qazanmış Köçəryan bu mandatı özü üçün qələbə “kart”ına çevirmək istəyir. Çünki Robert Köçəryan Samvel Karapetyanın xarici ölkə vətəndaşlığı və barəsində məhkəmənin qərarı ilə həbs qərarı olduğuna görə deputat ola bilməyəcəyini yaxşı anlayır.

Belə olan halda Köçəryan Karapetyanın konsolidasiya təklifinə “hə” deməklə birləşmiş müxalifətin parlamentdə baş nazir postuna vahid namizədi olmaq niyyəti güdür. Eyni zamanda, Köçəryan bu taktikanı etiraz aksiyalarına da transfer edə bilər. Çünki Samvel Karapetyan ev dustağı olduğuna görə mitinq və yürüşlərdə Köçəryan təşəbbüsü ələ almaq imkanı qazanmış olar. Bütün bunlar isə Rusiyanın maraqlarına cavab verir.

Bu kontekstdə Köçəryan Moskvanın dəstəklədiyi əsas fiqura çevriləcəyinə ümid edir. Nikol Paşinyan hökumətinin Köçəryanın toxunulmazlığının ləğvi və onu həbs etdirmək cəhdləri də əslində bununla bağlıdır. Karapetyan isə Köçəryanın planlarını pozmaq üçün konsolidasdiya adı altında siyasi cəhətdən buxovlamaq istəyir. Yəni Ermənistan müxalifətində son günlər səslənən birlik çağırışları siyasi rəngarəngliyi daha da artırıb. Ona görə də Karapetyanın təşəbbüsünün ciddi nəticə verəcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyun 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri