Paşinyana verilən mükafat 25 min avro
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə Hessiya Sülh Mükafatına layiq görülüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının mətbuat katibi məlumat yayıb.
Mükafatın təqdimetmə mərasimi sentyabrın 18-də Almaniyanın Hessen federal torpağının parlamentində keçiriləcək. Paşinyanın səfərini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edir.
25 min avro məbləğində olan Hessiya Sülh Mükafatı 1994-cü ildən Albert Osvald Fondu tərəfindən təqdim edilir. Mükafat müharibə və münaqişələrin dayandırılmasına, zorakılığın qarşısının alınmasına, münaqişələrin önlənməsi mexanizmlərinin hazırlanmasına və beynəlxalq qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verən şəxslərə təqdim olunur.
Fond Hessen federal torpağının sabiq baş naziri Albert Osvald və onun ailəsi tərəfindən yaradılıb. Fondun Himayəçilik Şurasına sülh və münaqişələrin həlli məsələləri üzrə fəaliyyət göstərən Almaniyanın aparıcı elmi-tədqiqat institutlarının nümayəndələri daxildir.
Səfər çərçivəsində Paşinyanın Frankfurt Sənaye və Ticarət Palatasında işgüzar dairələrin nümayəndələri ilə görüşməsi də planlaşdırılır.
O, həmçinin Darmştadtda yerləşən Fraunhofer Struktur Davamlılığı və Sistem Etibarlılığı İnstitutuna baş çəkəcək. Paşinyanın burada hidrogen texnologiyaları sahəsində aparılan tədqiqatlarla tanış olacağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Sentyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















