Icma.az
close
up
RU
Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 may, AZƏRTAC

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Avropa Azərbaycana münasibətdə fərqli yanaşmalar sərgiləyir” sərlövhəli məqaləsi “Commonspace” nəşri tərəfindən dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Avropa İttifaqının qanunverici və icraedici qurumları tərəfindən Azərbaycana münasibətdə köklü şəkildə fərqlənən yanaşma və siyasətlərə diqqət yetirilir. Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətinin artdığı bir dövrdə qurumun qanunverici qolu tərəfindən həm Cənubi Qafqazdakı sülh prosesinə, həm də ümumilikdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı müsbət gündəliyə mənfi təsir göstərə biləcək məqamlar təhlil edilir.

Müəllif yaradılan saxta gündəmin əslində kimlərin maraqlarına xidmət etdiyini sual altına alır.

Məqalədə bildirilir ki, aprelin 30-da Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlılığın dəstəklənməsi” adlı sənəd çərçivəsində Azərbaycana qarşı növbəti sərt tənqidi qətnaməni qəbul edib. Bundan cəmi 48 saat sonra isə Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırıldığını elan edib, Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsindən geri çəkilib və Avronest Parlament Assambleyasını tərk etmək üçün prosedurlara başlayıb.

“Bununla belə, həmin həftələrdə Bakıda Avropanın tamamilə fərqli siyasət xətti də müşahidə olunurdu. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edərək ölkəni “Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaş” adlandırmış və enerji sahəsindən kənara çıxaraq təhlükəsizlik, müdafiə, rəqəmsal inkişaf və nəqliyyat istiqamətlərini də əhatə edəcək yeni çərçivə sazişi üzərində iş aparıldığını bildirmişdi”, - deyə məqalədə xatırladılır.

21 aprel - 4 may tarixləri arasında bir sıra Avropa ölkələrinin liderlərinin Azərbaycana səfəri və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr fonunda belə bir sual yaranır: Bəs Avropa Parlamenti nə edir?

“30 aprel tarixli qətnamədə “Qarabağ ermənilərinin geri qayıtmaq hüququ” tələb olunur, “məhkum olunmuş hərbi cinayətkarların dərhal və qeyd-şərtsiz azad edilməsi” çağırışı edilir və Sovet dövründən qalmış “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunur. Halbuki bu inzibati qurum 1991-ci ilin noyabrında Azərbaycan qanunvericiliyi ilə rəsmi olaraq ləğv edilib.

Bu ifadələrin hər biri birbaşa Azərbaycanın suveren yurisdiksiyasına aid məsələlərə toxunur və hər biri rəsmi Bakı tərəfindən onun daxili işlərinə müdaxilə kimi rədd edilib. Həmin yanaşmalar 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Vaşinqtonda paraflanmış sülh sazişinin mətni ilə də uzlaşmır.

Bu tendensiyanın belə diqqətçəkən olmasının səbəbi onun bütövlükdə Avropa İttifaqının siyasəti olmamasıdır.

Avropa Parlamentinin sədri Roberta Metsolanın İrəvanda keçirilən sammitdə səsləndirdiyi “biz işləmə tərzimizi heç vaxt dəyişməyəcəyik, hətta bu narahatlıq yaratsa belə” fikrinin toxunmadığı narahat reallıqdır.

Əslində, bu narahatlıq Azərbaycana aid deyil. Avropa Komissiyası, Avropa İttifaqı Şurası və getdikcə artan sayda üzv dövlətlər artıq Bakı ilə əməkdaşlığın strateji zərurət olduğunu qəbul ediblər. Onlar çərçivə sazişləri imzalayır, enerji boru xətlərini genişləndirir və İlham Əliyevdən Ukrayna ilə bağlı üçtərəfli diplomatik danışıqlara ev sahibliyi etməsini xahiş edirlər.

Bununla paralel olaraq, Avropa Parlamenti isə sanki bütün bu proseslər baş vermirmiş kimi mətnlər hazırlamaqda davam edir.

Cari vəziyyətdə ABŞ-nin 1992-ci il tarixli “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişlə paralellik ibrətamizdir.

Parlamentin bu cür qərarlar qəbul etməsinin legitimliyi müzakirələri ilə üz-üzrə qaldıqda Prezident Metsola qurumun demokratik mandatına istinad edir:Avropa Parlamenti demokratik yolla seçilmiş bir orqandır və onun qətnamələri üzvlərinin iradəsini əks etdirir.

Bu, formal olaraq doğrudur. Lakin demokratik seçki xarici siyasətdə həmişə düzgün və ədalətli qərarların qəbuluna zəmanət vermir.

Azərbaycan öz seçimini açıq şəkildə ortaya qoyub: o, Avropa İttifaqı ilə tərəfdaşlığını dərinləşdirəcək və Avropanın enerji təhlükəsizliyinə töhfəsini artıracaq, lakin Avropa Parlamenti selektivliklə prinsipiallığı səhv salmağa davam etdiyi müddətdə bu təsisatla qanuni dialoq tərəfdaşı kimi davranmaqdan imtina edəcək. Bu, Avropa ilə münasibətlərin pozulması deyil. Bu, Cənubi Qafqazda iki Avropanın fəaliyyət göstərdiyinin etirafıdır - birinə Kosta, fon der Lyayen, Kallas, Meloni, Babiş və Rinkeviçs, digərinə isə Strasburq palatası rəhbərlik edir.

Avropa Parlamenti öz qətnamələrini özünün yaratdığı problemlər kimi yox, “narahat həqiqətlər” kimi təqdim etməkdə israr etdikcə, daha aktual bir məsələ ortaya çıxır ki, bu sual artıq daha çox avropalıların özünə aiddir: onun Cənubi Qafqaz siyasəti, dəqiq desək, əslində kimlərin maraqlarına xidmət edir?”, - deyə məqalədə vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri