Icma.az
close
up
RU
Putin Paşinyana ultimatum verdi: Ermənistan seçim etməlidir ŞƏRH

Putin Paşinyana ultimatum verdi: Ermənistan seçim etməlidir ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elxan Şahinoğlu: "Kreml İrəvanı qaz və iqtisadi təzyiqlə hədələyir”

"Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə və Yaxın Şərqdəki gərginlikdən danışarkən Ermənistanın baş naziri Nikol Paşinyana da xəbərdarlıq mesajı göndərməyi unutmayıb".

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edir ki, Kreml sahibi Paşinyanla son görüşündə ona söylədiyini bir daha təkrarlayıb: “Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlüklə Avropa İttifaqına inteqrasiya kursu arasında seçim etməlidir”. Ancaq Vladimir Putin bu dəfə mövzuyla bağlı iki əlavəsini də edib. Birincisi, Rusiya Prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə “yumşaq və mədəni ayrılıq” baş verəcək. İkincisi, Putin Paşinyana Ermənistanın Avropa inteqrasiyası məsələsiylə bağlı referendum keçirməyi təklif edib. Putin bunları deyərkən, erməni cəmiyyətinə də mesaj göndərib: “Ermənistan Avrasiya İiqtisadi İttifaqında ciddi üstünlüklər əldə edib”. Yəni Putin erməni cəmiyyətini xəbərdar edib ki, Paşinyan referendum keçirərsə və ermənilər Avropa İttifaqına inteqrasiya kursuna üstünlük verərlərsə, itirəcəkləri olacaq. Putin bunu açıq deməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağını da nəzərdə tutub. 

Politoloq hesab edir ki, Nikol Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusyanı dəyişdirib Azərbaycanla sülh sazişi imzalamaq və Türkiyə ilə sərhədin açılmasını və bu ölkə ilə ticarətin başlamasını təmin etməyə çalışacaq:

"Bununla paralel olaraq “Tramp yolu”nun tikintisinə başlanacaq. Əlbəttə, Nikol Paşinyan Rusiyanın yerinə Avropa İttifaqı ilə inteqrasiyanı seçmək istəyər, ancaq reallıq budur ki, İrəvan istəsə belə Ermənistan qısa zaman kəsiyində Avropa İttifaqının üzvü olmayacaq. Bunu Paşinyan da anlayır, Putin də. Ona görə də, Putin “seçim et” tələbiylə Paşinyanı güncə sıxmağa və bu yolla Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 May 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri