Icma.az
close
up
RU
Paşinyandan Qarabağ açıqlaması KONKRET

Paşinyandan Qarabağ açıqlaması KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Qarabağla bağlı həqiqətləri xalqdan gizlədib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.

Baş nazir onun Qarabağı Azərbaycana təhvil verməsi ittihamlarına cavab olaraq iddia edib ki, keçmiş münaqişə ilə bağlı danışıqlarda əsas prioriteti regionda sülh olub: “Prosesə bir proqramla daxil olduq, amma başqa proqramla çıxdıq. Çünki bu müddətdə vətəndaşlar bizi sülhü prioritet etməyə çağırdılar”.

Jurnalistlər Paşinyana xatırladıblar ki, o, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib.

Baş nazir qeyd edib ki, Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub və Ermənistan bunu həmişə belə qəbul edib, sadəcə reallıq xalqdan gizlədilib. O əlavə edib ki, ya 2002-ci ildə Robert Köçəryanın, 2011-ci ildə isə Serj Sərkisyanın prezidentliyi dövründə qəbul olunmuş sənədlərdə Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb.

Nikol Paşinyanın sözlərinə görə, 1996-cı ildə keçirilmiş Lissabon sammiti ilə bağlı həqiqətlər də uzun müddət gizlədilib, amma onun dövründə bütün sənədlər açıqlanıb:

“Bizim problemimiz ondan ibarətdir ki, reallıq ermənilərdən gizlədilib. Niyə gizlədilib? Bütün sənədlər açıqlanıb və həqiqət xalqın qarşısındadır”.

Baş nazir vurğulayıb ki, bütün bu proseslər Ermənistanın tam müstəqil dövlət olmasının qarşısını almağa yönəlib və bu prosesə ardıcıl olaraq Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan rəhbərlik edib./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Mart 2026 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri