Icma.az
close
up
RU
Paşinyandan Qərbə və Rusiyaya reveranslar Baş nazir bir müddət də “iki stulda” oturmaq istəyir

Paşinyandan Qərbə və Rusiyaya reveranslar Baş nazir bir müddət də “iki stulda” oturmaq istəyir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında və sonrakı açıqlamalarında həm daxili, həm də xarici siyasətə dair bir sıra sərt bəyanatlar səsləndirib. Onun sözlərində həm iqtisadi göstəricilərlə bağlı iddialar, həm də Ermənistanın regional mövqeyini müəyyən edən mesajlar diqqət çəkib. Bu açıqlamalar, həmçinin Paşinyanın ölkə daxilində və xaricdə mövqeyini gücləndirməyə hesablanmış ritorikadır.

Paşinyan bildirib ki, Ermənistan bu gün rifah baxımından öz tarixi ən yüksək nöqtəsinə çatıb. Onun sözlərinə görə, 2018-ci ildən bəri vətəndaşların yaşayış səviyyəsi 50 faiz artıb, bank əmanətləri 141 faiz, kreditlər isə 173 faiz çoxalıb. Problemli kreditlərin cəmi 1,2 faiz təşkil etməsi isə hökumət rəhbəri tərəfindən “tarixi minimum” kimi təqdim olunub. Bu ifadələr Paşinyanın daxili auditoriyaya – vətəndaşlara onun hakimiyyəti dövründə iqtisadi uğurların baş verdiyini göstərmək niyyətini əks etdirir.

Maraqlı məqamlardan biri odur ki, Paşinyan 44 günlük müharibədən sonra – 2020-ci il 9 noyabr tarixində imzalanmış üçtərəfli (Rusiya–Azərbaycan–Ermənistan) bəyanata toxunaraq onun artıq qüvvəsini itirdiyini elan edib: “9 noyabr sadəcə 9 noyabr olaraq qalıb, bu sənədin indiki siyasi proseslər üçün əhəmiyyəti yoxdur.” 

Bu bəyanat Paşinyanın strateji məqsədini açıq şəkildə göstərir – 2020-ci ilin kapitulyasiya sənədindən siyasi məsuliyyəti uzaqlaşdırmaq və gündəliyi öz xeyrinə dəyişmək.

Azərbaycanla münasibətlərə dair söylədikləri də eyni ziddiyyətli mesajı ehtiva edir: Paşinyan sülhün bərqərar olduğunu desə də, “hələ də açıq qalan məsələlər mövcuddur və dialoq davam etməlidir”, – deyə bildirib. Bu, həm daxili auditoriya üçün, həm də Azərbaycanla danışıqlarda elastik mövqe göstərmək məqsədi daşıyan ritorikadır.

Ermənistan rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımını tanıyırıq” ifadəsini də sərt şəkildə rədd edib: “Bu mövzu Ermənistan və ermənilərlə heç bir bağlılığa malik deyil.” Bu bəyanat həm daxili, həm də diasporadakı auditoriyaya mesajdır. Bununla Paşinyan öz müstəqilliyini və beynəlxalq ritorikada sərbəstliyini vurğulamaq istəyir.

Rusiya ilə münasibətlərə dair açıqlamasına gəldikdə, Paşinyan Moskva ilə əlaqələrin davam edəcəyini təsdiqləyib, sentyabr ayında rəsmi səfərin planlaşdırıldığını, həmçinin Pekində Vladimir Putinlə görüşünün nəzərdə tutulduğunu bildirib. Bu, Paşinyanın həm regiondakı oyunçulara, həm də daxili auditoriyaya geosiyasi balansı qorumağa çalışdığını göstərir.

Ermənistan Baş nazirinin kilsə ilə bağlı mövqeyi də sərtdir: Paşinyan Katolikos II Qareginin istefasını tələb edib və bu mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

“Bu açıqlama Paşinyan–kilsə qarşıdurmasının daha da kəskinləşəcəyindən xəbər verir”, – erməni analitiklər bildirir. Bu, həm daxili siyasi bazanı gücləndirmək, həm də dini təsir dairəsini məhdudlaşdırmaq, eləcə də Rusiyanın daxili siyasi alətlərini zəiflətmək üçün strateji addım kimi qiymətləndirilir.

Paşinyan Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyinə inteqrasiya məsələsinə də toxunaraq, Ermənistanın eyni anda hər iki struktura üzv olmasının mümkün olmadığını vurğulayıb. 

“Seçim vaxtı gələndə müvafiq qərar veriləcək”, – deyə Baş nazir bildirib. Bu açıqlama ölkənin geosiyasi orientasiyası ilə bağlı hələlik qeyri-müəyyən mövqeyi əks etdirir və Paşinyanın manevr imkanlarını qorumağa hesablanıb.

ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Ceyms O’Brayının tənqidlərinə cavabında isə Paşinyan “çatışmazlıqları Ermənistana yükləməyə ehtiyac yoxdur” deyib və Tramp administrasiyasının Ermənistan üçün yeni imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, Paşinyanın ABŞ-dakı keçmiş səfir Lilit Makuntsun özünün baş məsləhətçisi təyin olunacağı açıqlanıb. Bu addım həm xarici siyasətdə, həm də daxili siyasi güc balansında Paşinyanın strateji mövqeyini möhkəmləndirmək cəhdi kimi qəbul olunur.

Beləliklə, Paşinyanın açıqlamaları həm daxili siyasətdə mövqeyini gücləndirmək, həm də regional və beynəlxalq arena üçün strateji siqnallar vermək məqsədi daşıyır. Onun dedikləri göstərir ki, Ermənistan iqtisadi uğurlarını vurğulayaraq daxili auditoriyada legitimliyi artırmaq, xarici siyasətdə isə elastik və balanslaşdırılmış mövqe nümayiş etdirmək niyyətindədir.

E. Rüstəmli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Avqust 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see335

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see209

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see190

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see141

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see133

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see122

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see121

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see121

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see119

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see119

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri