Icma.az
close
up
RU
Paşinyanın adamları müxalif deputatların “ermənilərin Qarabağa qayıdışı” ilə bağlı layihəsinə səs vermədi FOTO

Paşinyanın adamları müxalif deputatların “ermənilərin Qarabağa qayıdışı” ilə bağlı layihəsinə səs vermədi FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bu gün Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri “Avronest”in sessiyasında ermənilərin Qarabağa qayıtmaq hüququnun müdafiəsini tələb edən qətnamə layihəsinin lehinə səs verməyiblər.
Bizim.Media xəbər verir ki, layihənin müəllifləri müxalif deputatlar - Anna Qriqoryan, Elinar Vardanyan, Hayk Mamikonyan və daha iki avropalı parlament üzvü olub.
Paşinyanın partiyasından olan deputat Arman Yeqoyan faktiki olaraq etiraf edib ki, rəsmi İrəvan artıq Azərbaycandan Qarabağı tərk etmiş ermənilərin geri qaytarılmasını tələb etmir.
Erməni KİV-lərinin məlumatına görə, Yeqoyan müxalif “Ermənistan” blokunun deputatı Artur Xaçatryanın sessiyanın yekun qətnaməsinə “ermənilərin təhlükəsiz qayıdışına təminat verilməsi” ilə bağlı düzəliş təklifinə münasibət bildirərkən qeyd edib ki, bu təklif Ermənistanın rəsmi mövqeyini əks etdirmir.
“Ermənistanın xarici siyasətinə cavabdeh vəzifəli şəxslər hazırda Azərbaycana qarşı belə bir tələb irəli sürmürlər,” – deyə deputat vurğulayıb.
Beləliklə, hakim partiya nümayəndəsinin bu açıqlaması Ermənistanın Azərbaycanın suverenliyinin bərpasından sonra formalaşan yeni reallığı dolayısı ilə qəbul etməsi kimi qiymətləndirilə bilər.
Ermənistan faktiki olaraq əvvəlki ərazi iddialarından imtina edir və Qarabağ ermənilərinin qayıdışı məsələsinin aktuallığını itirdiyi praqmatik gündəliyə keçir.
Xatırladaq ki, Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (“Avronest”) 12-ci plenar sessiyası 28–30 oktyabr tarixlərində İrəvanda keçirilir.
“Avronest” Avropa İttifaqı ilə onun Şərqi Avropa tərəfdaşları arasında siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın irəlilədilməsinə yönəlmiş parlament forumudur.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri