Icma.az
close
up
RU
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar Biri öldü, digəri ağır cəza aldı

Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar Biri öldü, digəri ağır cəza aldı

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ali Məhkəmədə Gəncədə həmkarını öldürən tarix müəllimi Kamal Bayramovun barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb. 
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, qanlı hadisə 2022-ci il dekabrın 11-də Gəncə şəhərində baş verib. Şəhərin Avtozavod massivində 4 nəfər arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Münaqişənin mərkəzində uzun müddətdir davam edən borc münasibətləri dayanıb. Məlum olub ki, 1980-ci il təvəllüdlü Əli Bayramov 1986-cı il təvəllüdlü Kamal Bayramovun həmkarı olub. O, ingilis dili müəllimi kimi fəaliyyət göstərirmiş. Kamal Bayramov isə həmkarına təxminən 7 500 manat borc verib. İddialara görə, həmin pul “pensiya düzəldilməsi” məqsədilə verilib.

Hadisə günü Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxan, qarşı tərəfdən isə Niyazi Bayramov və qardaşı Kamal Bayramov arasında gərginlik yaranıb. İlk fiziki qarşıdurma zamanı Niyazi və Kamal Bayramov bıçaq xəsarətləri alıblar. Daha sonra Kamal Bayramovun odlu silaha əl atması nəticəsində Əli Bayramov güllələnərək ölüb. Hadisədən sonra həm Kamal, həm də Niyazi Bayramov xəstəxanaya yerləşdirilib.

İş üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tamamlanaraq iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Kamal Bayramov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi cəzanı qismən yüngülləşdirərək 18 ilə endirib. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri