Icma.az
close
up
RU
Paşinyanın arxasında Avropa və ABŞ var, məğlub olmayacaq RƏY

Paşinyanın arxasında Avropa və ABŞ var, məğlub olmayacaq RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kilsə isə daha çox Rusiya ilə assosiasiya olunur və alternativ güc mənbəyi sayılmır

"Göründüyü kimi, Kilsənin çağırışlarına qulaq verən, arxasınca gedənlər də çox deyil. Kilsəni sadəcə marginal qruplar dəstəkləyir" 

Bütün ermənilərin katolikosu II Qaregin erməni Kilsəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün yepiskopların iclasını çağırıb. İclasın 10-12 dekabrda keçiriləcəyi gözlənilir. II Qareginin iclasda hökumətlə qarşıdurmasının müzakirə olunacağı deyilir. Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsələrində Müqəddəs Liturgiya mərasimindən əvvəl dövlət himnimizin səsləndirilməsini təklif edib. Baş nazir həmçinin, vurğulayıb ki, Ermənistan ərazisindəki kilsələrin istər girişlərində, istərsə də içində dövlət bayrağının qoyulması məsələsi müzakirə olunmalıdır: "Bu, bir çox ölkələrdə adi haldır. Hesab edirəm ki, Ermənistanda da tətbiq olunmalıdır". Qeyd edək ki, son vaxtlar Paşinyanın erməni Kilsəsində ciddi reformlar keçirəcəyi bildirilir. Millət vəkili Tural Gəncəliyev Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni Apostol Kilsəsinin bünövrəsini birdəfəlik zəiflədib. Deputatın sözlərinə görə, baş nazir 2026-cı ildə keçiriləcək seçkilər öncəsi Kilsəni bir oyunçu, bir aktor kimi səhnədən kənarlaşdırmaq istəyir:

"Kilsəni indiyədək heç kim bu qədər məhdudiyyətlərə məruz qoymamışdı. Bu baxımdan Paşinyan iqtidarı ilə Kilsənin mübarizəsi çox unikal bir hadisədir. Tarixdə belə şey olmayıb. Çünki bütün hakimiyyətlər Kilsədən çəkiniblər, ehtiyat ediblər. Kilsənin hər zaman güclü əli Ermənistan hökumətinin üzərində olub. Fikir versəniz, Kilsə rəhbəri əvvəlcə Rusiyaya, ardınca Avropaya səfər etdi. Həmçinin, Kilsə rəhbərliyi Roma Papası ilə də görüşdü. Görünən odur ki, II Qaregin nə Rusiya, nə də Avropa və Romadan ciddi dəstək ala bilib. Kilsə rəhbəri son ümid yeri kimi Avropadakı erməni diaspor rəhbərləri ilə görüşdü. Ancaq diaspordan da umduğu dəstəyi görmədi. Bundan istifadə edən Paşinyan daha aktiv hücuma başlayıb. Baş nazir xüsusən, müharibənin başlanmasına səbəb olan ideologiyanı təmsil etdiyi üçün Kilsəni hədəf alıb. Bu, həqiqətdir, çünki Azərbaycan torpaqlarının işğalı ideologiyasının arxasında məhz erməni Kilsəsi dururdu. Kilsə Paşinyan hakimiyyətinədək Ermənistanda "paralel dövlət" rolunu oynayırdı. Məqsəd gələn il keçiriləcək seçkilərədək keçmiş münaqişənin təqsirkarı olan Kilsəni tam neytrallaşdırmaqdır. Paşinyan Kilsə üzərindəki qara mirası da təmizləmək niyyətindədir. Ona görə də seçki yaxınlaşdıqca, Kilsəyə qarşı kampaniyanın daha da güclənəcəyi şübhəsizdir".

Parlamentari qeyd edib ki, Kilsənin, II Qareginin erməni ictimaiyyətində nüfuzu, reytinqi azalmaqdadır: "Hesab edirəm ki, Kilsənin şansları getdikcə azalır. Bunun müqabilində N.Paşinyana Avropa İttifaqından, ABŞ-dən dəstək kifayət qədər çoxdur. Kilsə isə daha çox Rusiya ilə assosiasiya olunur və alternativ güc mənbəyi sayılmır. Göründüyü kimi, Kilsənin çağırışlarına qulaq verən, arxasınca gedənlər də çox deyil. Kilsəni sadəcə marginal qruplar dəstəkləyir". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri