Icma.az
close
up
RU
Paşinyanın Bəşər Əsəd sevgisi RƏY

Paşinyanın Bəşər Əsəd sevgisi RƏY

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər dünyada ən çox müzakirə olunan mövzulardan biri Bəşər Əsəd rejminin devrilməsidir. Bəşər Əsəd rejminin süqutu niyəsə Ermənistanı çox narahat edir. Nəzər yetirsək görərik ki, Ermənistanın bu narahatlığının kökündə əslində nələr dayanır. Onların mətbu orqanlarının yazılarından görürük ki, Bəşər Əsəd Ermənistan üçün böyük məna ifadə edir. Keçən ilin və bu ilin aprelində Paşinyan Suriyanın Müstəqillik Günü münasibətilə Bəşər Əsədə təbrik də ünvanlayıb. Onu da qeyd edək ki, erməni əsgərləri daim onların ordusunun yanında olub və dəstəklərini əsirgəməyib.

Bəs nədir Paşinyanın Bəşər Əsəd sevgisi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Milli Məclis sədrinin müavini Musa Qasımlı deyir ki, Bəşər Əsədin devrilməsi Yaxın və Orta Şərqdə Ermənistana ağır zərbə vurdu, çünki Ermənistanla Bəşər Əsədi bəlli sıx tellər bağlayır:

“İlk növbədə Suriyadakı erməni təşkilatlarının, açıq və ya gizli fəaliyyət göstərən terror təşkilatlarının mövcudluğu Ermənistan rəhbərlərini, xüsusən də Bəşər Əsədi birləşdirir. Suriya erməni silahlı qruplaşmalarının, terrorçularının hazırlandığı yerlərdən biri olub. Bəşər Əsədin getməsi Ermənistanın bu imkanlarını məhdudlaşdırır”.

M.Qasımlının sözlərinə görə, erməni silahlı qruplaşmaları, terror təşkilatının üzvlərinin fəaliyyəti daim Azərbaycana və Türkiyəyə qarşı yönəlib, digərləri də bu amildən istifadə ediblər:

“Bəşər Əsədin devrilməsi ilə Ermənistan Yaxın və Orta Şərqdə müttəfiqini itirdi. Suriya ərazisində erməni silahlarında və terror təşkilatının üzvlərindən Türkiyə və Azərbaycana qarşı istifadə edilməklə bərabər, Azərbaycanın dostu olan digər ölkəyə qarşı da istifadə edilib”.

Digər müsahibimiz politoloq Tural İsmayılovun sözlərinə görə, Suriyadakı Əsəd hakimiyyətinin erməni kartından həmişə istifadə etməyə çalışdığı bəlli idi: “Özəlliklə düşüncələri tamamilə radikal faşizmə köklənən terror dəstəsinin Suriyada at oynatması danılmaz reallıqdır. Onlar əsas hakimiyyətinə bağlı olan təhlükəsizlik qüvvələri ilə sıx əlaqədə idi”.

Politoloq deyir ki, terror təşkilatı və qruplaşması Azərbaycan və Türkiyəyə qarşı bütövlükdə türk etnik kimliyinə qarşı nifrətə köklənmişdi. Əsədin hakimiyyətinin bütün bunlardan istifadə etməsi Suriya hakimiyyətinin Ermənistanla olan dərin əlaqələrini növbəti dəfə ortaya qoyur:

“İstər Paşinyandan əvvəli Sarkisyanın dövründə, istərsə də Paşinyanın hakimiyyəti dövründə Suriyada Əsəd hakimiyyətinin Ermənistanla sıx və dərin əlaqələri mövcud olub. Bu əlaqələrdən daim türk kimliyinə qarşı istifadə eləməyə çalışıblar. Eyni zamanda Suriyanın Türkiyəni nəzərə almadan ermənilərdən yaranmağa çalışması daim Ermənistanı dəstəklədiyini göstərir. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın və Türkiyənin haqq işinə əngəllər törətməyə çalışması Suriyada insanlıq dışı addımlarn içərisində həm də müsəlmanlığa qarşı terrorçu Ermənistana dəstək olmaq demək idi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 12 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri