Paşinyanın bu çıxışından sonra Köçəryan və oğlu saxlanıldı YENİLƏNİB
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın keçmiş ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında istintaq orqanlarının əməkdaşları Robert Köçəryanı Antikorrupsiya Komitəsinə aparıblar.
Eyni zamanda, Robert Köçəryanın oğlu Levon Köçəryanın evində axtarış aparıldığı rəsmən təsdiqlənib.
Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.
Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə basqın edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Mesrop Manukyan açıqlayıb.
Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən "Köçəryan klanı"na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Avqust 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















