Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş DOSYE+FOTOLAR
Icma.az, Bizim media saytına istinadən bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanın dinlədiyi mahnı ilə gündəmə gələn Zeynəb Həsəni Azərbaycan estradasının gənc ifaçılarındandır.
Bizim.Media xəbər verir ki, Zeynəb Həsəni 12 sentyabr 1989-cu ildə anadan olub.
O daha çox “Necə darıxmışam”, “Tənha”, “Ağ göyərçinim”, “Dünya gözəli”, “Məni gözəl xatırla”, “Aram Aram” mahnıları ilə tanınır.
Musiqi aləmində Talıb Tale və Vasif Əzimovla duetləri ilə gündəmə gələn Zeynəb Həsəni “Aram-aram” mahnısı ilə müstəqil sənətçi olduğunu sübut etdiyini deyib.
Bəzi mahnıları Yutub platformasında 10,20,50 milyon izlənmə toplayıb. 2022-ci ildə isə onun özbək iş adamı Asqar Mustafo ilə münasibətdə olduğu barədə xəbərlər yayılıb. Cütlüyün sosial şəbəkələrdə birgə fotolar paylaşması diqqət çəkib. Sonradan müğənni şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib.
Müğənninin həyatında ən ağır sınaqlardan biri isə süd vəzi xərçəngi ilə mübarizəsi olub. O, əməliyyat keçirib, müalicə alıb və bu xəstəlik səbəbindən anasını itirməyin ağrısını da yaşayıb.
Zeynəb xəstəliklə üzləşdikdən sonra yaşamaq arzusunun daha da gücləndiyini söyləyib.
(Globalinfo.az)


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 09 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















