Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ağrı dağı simvolunun gerbdən çıxarılacağına söz verib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Ermənistan baş naziri heç bir məsələdə Türkiyə prezidentinə qarşı çıxmayıb. Müzakirə olunan məsələlərlə qeyd-şərtsiz razılaşıb, üstəlik, Ərdoğanın təklif etmədiyi bəzi şeyləri özü təklif edib.
Məsələn, o, Ağrı dağı simvolunun gerbdən çıxarılacağını deyərək qeyd edib ki, (qondarma) erməni soyqırımının tanıdılması məsələsi artıq keçmişdə qalıb, bu siyasətdən əl çəkib və bu məsələdə geriyə dönüş yoxdur.
Ətraflı
Həmçinin müzakirə zamanı məsələ (Türkiyə tərəfindən) qaldırılmadığı halda Paşinyan öz tərəfindən bildirib ki, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması sadəcə zaman məsələsidir”.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















