Icma.az
close
up
RU
Zəngəzur dəhlizi üçün 2025ci il niyə önəmlidir? Əliyevin mesajının şifrələri

Zəngəzur dəhlizi üçün 2025ci il niyə önəmlidir? Əliyevin mesajının şifrələri

Icma.az, Publika.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizinin 10 noyabr bəyanatına uyğun açılmalı olduğunu vurğuladı. Söhbət üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq, dəhliz məntiqindən – Naxçıvana tam maneəsiz keçiddən gedir.
“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur”, - Əliyev bəyan edib.

Bu, Azərbaycanın Naxçıvana maneəsiz keçidində dəhliz məntiqinin yenidən aktuallaşdırılması deməkdir. Ermənistan Zəngəzur dəhlizi layihəsinə razılıq verməsə də, 2022-ci ilə qədər bu varianta alternativ yox idi. Rusiyanın Ukraynaya hücumundan və Qərbin Cənubi Qafqazda aktivləşməsindən sonra alternativlər meydana çıxmağa başladı:
- Kalininqrad dəmir yolu variantı;
- Maneəsiz keçidin verilməsi və təhlükəsizliyin “özəl şirkətlər” tərəfindən təmin edilməsi;
- Maneəsiz keçidin minimum təmasla reallaşması və s;
Bu variantlar Ermənistanın gündəliyinə uyğun olmaqla yanaşı, Rusiyanın dəhlizdə iştirakını qəbul etməyən Qərbin də marağında idi və alternativlər əsasən Vaşinqton və Brüssel tərəfindən irəli sürülürdü. Bakı Zəngəzur dəhlizi layihəsindən imtina etməsə də, geosiyasi vəziyyətə görə maraqlarına daha uyğun variantın müzakirəsindən də yayınmırdı. Əliyevin son müsahibəsində məsələni yenidən 10 noyabr razılaşması müstəvisinə qaytarması iki səbədən qaynaqlanır.
1. Geosiyasi situasiya Ermənistanın əleyhinə dəyişir;
ABŞ-da Bayden Administasiyasının yola salınması ilə Ermənistanın Qərbdən əldə edə biləcəyi dəstəyin parçalanması perspektivi görünür. Tramp Administrasiyasının Rusiya ilə Ukraynada anlaşması, o cümlədən, Cənubi Qafqaz regionuna daha az diqqət ayırması və Azərbaycanla münasibətlərə daha çox önəm verəcəyi gözləntisinin reallıq payı artır. Bu gözləntilər fonunda Ermənistanın ümid edə biləcəyi iki müttəfiqi – Fransa və İran var. Parisin regional təsiri minumum səviyyədədir, Tehranın isə hadisələrin inkişafına təsir gücü Yaxın Şərq məğlubiyyətindən sonra daha da zəifləyib.
2. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində texniki işlərin bu il yekunlaşacağı gözlənilir: bununla “ev tapşırığını” icra edən Bakı İrəvandan Naxçıvana maneəsiz keçidin dəhliz məntiqi üzrə verilməsi tələbini sərtləşdirəcək;
Əliyevin müsahibədə verdiyi mesajların şifrələri bundan ibarətdir. Və belə görünür ki, 2025-ci il Zəngəzur dəhlizi məsələsində həlledici dövr olacaq.
Asif Nərimanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://publika.az
archiveBu xəbər 08 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri