Paşinyanın maaş artımı təxirə DÜŞDÜ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş nazirinin və digər dövlət rəsmilərinin əməkhaqlarının kəskin şəkildə artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi iki ay müddətinə təxirə salınıb.
Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sənədin parlamentin Dövlət və hüquq məsələləri üzrə daimi komissiyasında müzakirəyə çıxarılması planlaşdırılsa da, əsas məruzəçi olan baş nazirin müavini Tiqran Xaçatryan iclasda iştirak etməyib.
Komissiyanın sədri Arusyak Culakyan Xaçatryanın iclasa qatılmama səbəblərini açıqlamayıb.
Xatırladaq ki, hökumətin sentyabrda təsdiqlədiyi layihəyə əsasən, Ermənistanın baş nazirinin məvacibi təxminən 80% artırılmalıdır. Hazırda Ermənistanın baş naziri 1 milyon 498 min dram maaş alır (dövlət qulluqçularının əsas maaş dərəcəsi 18 əmsalına vurulur). Qanun layihəsinə görə, bu əmsal 18-dən 32-yə qaldırılacaq, əməkhaqqı isə 2 milyon 662 min drama və ya təqribən 7 300 dollara (vergilər çıxılmaqla - 5 470 dollar) çatdırılacaq. Nazirlərin maaşlarının da iki dəfə artırılaraq 1 milyon 997 min drama (5 470 dollar, vergilər və ödənişlər çıxıldıqdan sonra - 4 103 dollar) yüksəldilməsi nəzərdə tutulur.
Həmçinin digər dövlət qulluqçularının məvaciblərində əhəmiyyətli artımlar təklif olunur.
Baxış sayı:130
Bu xəbər 12 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















