Icma.az
close
up
RU
Paşinyanın “məzlum millət” və “yeni güclü ordu” xəyalları

Paşinyanın “məzlum millət” və “yeni güclü ordu” xəyalları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Pataloji milli xəstəlik şəraitində tragikomik tamaşa

Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdəki bəzi açıqlamarını məhz bu prizmadan qiymətləndirmək mümkündür. Ona görə ki, o, bir yandan erməni milli identikliyinə xas mənfi cəhətləri sadalayır, onlardan uzaqlaşmanın vacibliyini bildirir, əməli fəaliyyətə gəldikdə isə həmin saxta identiklikdən irəli gələn məqamların üzərində dayanır.

Məsələn, Paşinyan bir müddət əvvəl erməni millətinin təmsilçisi olan iki şəxsin nənələrinin tikdiyi qırmızı paltarı geyinmələrinə dair əhvalat uydurmuşdu. Bildirmişdi ki, salamatlıqları naminə getdikləri yolda dayanmış və qırmızı rəngə aqressiv münasibəti ilə seçilən öküzlərə görə həmin şəxslərin paltarlarını çıxarmaları, səliqə ilə büküb rəmz olaraq bir sandıqda saxlamaları və yola davam etmələri lazımdır. Halbuki, rəsmi İrəvanın hazırkı siyasət xətti bunun əksidir.

Paşinyanın daha bir formulu isə “Real Ermənistan”dır. Yəni, aydındır ki, o, heç bir qonşusuna qarşı ərazi iddiası irəli sürməyən, sərhədləri daxilində maraq və mənafelərini üstün tutan dövlətdən dəm vurur. Ancaq mahiyyətə nəzər salanda görürük ki, Nikol vəlvələdən, ya zəlzələdən formalaşmış “Real Ermənistan”ı qorumaq barədə düşünmür, əksinə, onu qlobal konfrantasiyaların episentrinə çevirir. Elə vəziyyət formalaşdırır ki, istər-istəməz, sual olunur: Ümumiyyətlə, Ermənistan adlı nə isə olubmu ki, onun real mahiyyətindən söz açılsın?

Digər tərəfdən, məlumdur ki, Qarabağ avantürası və Azərbaycanın torpaqlarının işğalı erməni varlığının “Real Ermənistan” formulu ilə barışmamasının, tamahkar xislətinin, barbarlığının zay məhsulu kimi meydana çıxmışdı. Deyilə bilər ki, Paşinyan bu məhsuldan imtinanı əsas götürməkdədir. Elə isə, görəsən, hazırda Qarabağ erməniləri və bölgənin erməni mirası barədə rəsmi İrəvanın və havadarlarının qaldırdıqları isteriya nədir? Nikol mövzuya dair hansısa izahat verirmi, yaxud verə bilirmi? Xeyr! Axı tam aydındır ki, sözügedən isterik ritorikanın özü də avantürizmə hesablanıb. Daha doğrusu, məqsəd avantürizmə, bir növ, niskil gətirmək, onun daşıyıcılarını məzlum qiyafəsində göstərməkdir. Deməli, belə qənaətə gəlirik ki, Paşinyan, komandasının digər üzvləri kimi, heç də səmimi deyil. “Məzlumluğa” isə qayıdacağıq.

Nikol, sadəcə olaraq, öz aləmində fərqli Ermənistan və fərqli erməni tipi formalaşdırmaq istəyir. Buna ehtiyac var. O, çox yaxşı bilir ki, dünya erməni amilinin “özünütəsdiq kriteriyalarından” və həmin “kriteriyaların” yeri gəldi-gəlmədi gözə soxulmasından bezib və mövcud səbəbdən yeni erməni tipi ilə köhnə stereotiplərdən uzaqlaşmaq istəyir, beynəlxalq aləmin münasibətini dəyişməyə qol çırmayır. Necə deyərlər, hiyləgərliyin təzə metod və formalarını işə salır. Onun sonuncu açıqlaması da məhz bu baxımdan maraq doğurmaqdadır.

Beləliklə, Ermənistanın baş naziri dünyanın erməniləri “məzlum xalq” kimi təsəvvürə gətirdiyini vurğulayır və bundan uzaq durulmasının zəruriliyini əsaslandırır. O, ölkə parlamentində 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı etdiyi çıxışında bu barədə bir sıra digər məqamlara da toxunub ki, yazımızda onlara nəzər salacağıq. Həmçinin, Nikolun reallıqları açıqlama tərzindən söz açacaq, bəzi fikirləri diqqətə çatdıracağıq.

“Ümumiyyətlə, dünyaya mesajımız belədir: hökumətimizin ən mühüm missiyası “məzlum millət” statusunu aşmaqdır. Deməliyəm ki, bizim reallıqda, necə formalaşmasından asılı olmayaraq, bu gündəm yeni deyil. Orta hesabla vəziyyətə reaksiyamız belə olub və müəyyən dərəcədə belə də davam edir: “Məzlum millət” düsturunun həlli “ordu millət” düsturudur. Hesab edirəm ki, “ordu millət” formulu “Məzlum millət” formulunun məntiqi davamıdır. Ancaq cavabın (gəlinən nəticənin – red.) düzgünlüyünə əmin deyiləm”, – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistanda güclü ordunun olması zərurəti barədə çox danışılıb. “Biz bu gündəliyi həyata keçirməyə davam etməliyik. Amma mən istəyirəm ki, özümüzə sual verək: Biz nə qədər güclü orduya sahib olmaq və kimdən güclü olmaq istəyirik? Bu məsələdə aydın olmalıyıq. Biz xalqımıza mesaj verməliyik. Mən indi konkret ölkələri misal çəkmək istəmirəm, lakin biz bu suala cavab verməliyik”, – deyən Paşinyanın fikrincə, “məzlum millət” və “ordu millət” düsturlarına qalib gəlmək üçün yalnız öz maraqlarını güdən dövlətçilik anlayışını qəbul etmək lazımdır. Üstəlik, bu anlayış müəyyən edilmiş ərazi daxilində olmalı, dövlət xarici siyasətində beynəlxalq hüquqla məhdudlaşmalıdır.

N.Paşinyanın reallıqları açıqlaması fonunda onu da vurğulayaq ki, erməni varlığı Cənubi Qafqaz coğrafiyasına təxribatlar törətmək üçün yerləşdirilib. Məqsəd onun köməyi ilə Türk dünyasında xristian bufer zonası yaratmaq olub. Əlbəttə, daha geniş miqyasda Türk dünyasını bir-birindən ayırmaq və onu parçalamaq məramı əsas götürülüb. Ermənilər tərəddüdsüz olaraq, bu işə qol çırmayıblar. Habelə, xarici qüvvələr, erməni varlığı üçün müəyyən saxta hekayələr uydurublar və həmin hekayələr ermənilərin fantaziyaları ilə daha da “dolğunlaşıb”. Nəticə etibarilə, haylar danışdıqları yalanlara özləri də inanıblar və məsələ pataloji xəstəlik halını alıb. Bu gün də həmin xəstəlik təsirini saxlamaqdadır.

N.Paşinyan mahiyyətcə ermənilərin simasında məzlumların düşdükləri reallıqlara adekvat reaksiyasından söz açır. Yəni, bir xalq əzilirsə, buna qarşılıq özündə güc tapmağı bacarmalıdır. Güc isə ordu yaratmaqdan keçir. Əslində, reallıq budur ki, erməni varlığı Cənubi Qafqazda və Anadoluda onu bölgəyə yerləşdirən xarici qüvvələrin maraq və mənafelərini təmin etmək üçün daim təxribatlar törədib, qətllər, qarətlər reallaşdırıb və cavabını alıb. Yəni heç kəs dinc dayandıqları yerdə ermənilərə nə isə etməyib. Haylar isə bəd əməllərinin qarşılığında üzləşdikləri adekvat tədbirləri “soyqırımı” kimi qiymətləndirib, özlərini məzlum qiyafəsində təqdim ediblər və sonra intiqam almaq məqsədi ilə silaha sarılıb, yenidən mənfur fəaliyyətlərini davam etdiriblər. Görəsən, bu gün vəziyyət necədir? Ermənistanda, eləcə də Paşinyanın kabinetində 44 günlük müharibədəki rüsvayçılığı ilahi ədalət olaraq qiymətləndirən neçə nəfər var? Sual ritorikdir, çünki belələrinin sayı barmaqla sayılacaq qədərdir. Əksinə, İrəvanda daşı atsan, hansısa revanşistə dəyəcək.

Deməli, erməni təfəkkür tərzində dəyişiklik yoxdur və nəzərə alsaq ki, balıq başdan iylənir, o zaman, diqqətə çatdırdığımız tendensiyanın mövcudluğunun bir səbəbi elə Nikolun yeritdiyi siyasi kursdur. Hazırda Paşinyan ölkəni qlobal ziddiyyətlərin mərkəzinə atırsa, Azərbaycanla sülhə gəlməkdən yayınırsa, tam lüzumsuz yerə barış sazişini imzalamağa deyil, silahlanmağa diqqət ayırırsa, sülh gündəmini Avropaya inteqrasiya məntiqi ilə əvəzləyirsə və mövcud xüsusda dividend əldə etməyə, saxta demokrat imitasiyası ilə bəşəri dəyərləri avantürizm üçün sipərə çevirməyə cəhdlər göstərirsə, deməli, baş nazirin yalnız avazı yaxşı gələcək olmayacaq. Ən əsası, məzlum erməni obrazının revanşizmə kökləndiyi təqdirdə “ordu millət” düsturunun şüurlarda qalması, Ermənistanı tamamilə məhvə sürükləyəcək. Əsl məzlumluq məhz o zaman yaşanacaq. Hələlik Ermənistan bir tragikomik səhnəli tamaşa meydanıdır, Paşinyan isə saxta qəhrəman. Qəhrəman isə hər sözü, hər fikri ilə ən yaxşı halda, milləti özünə güldürməkdə davam edir.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri