Paşinyanın müavini Azərbaycanla anklavların dəyişdirilməsindən danışdı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan və Azərbaycan arasında anklavların mübadiləsi ilə bağlı razılaşma yoxdur.
Modern.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda keçirilən COP17 tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
M.Qriqoryan Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavların mübadiləsi ilə bağlı müxtəlif variantların müzakirə edildiyinə dair paylaşımını şərh edib.
O vurğulayıb ki, tərəflər arasında bu məsələ ilə bağlı razılaşma əldə olunmayıb.
İrəvanın anklav və eksklav məsələsi ilə bağlı Bakıya hansı təklifi verdiyi barədə suala cavabında isə baş nazirin müavini təfərrüatları açıqlaya bilməyəcəyini deyib.
“Yanaşmalar və prosedurlar aydın şəkildə müəyyənləşdirilib və qaydaya salınıb. Biz təsdiq edilmiş prosedurlar çərçivəsində hərəkət edəcəyik”, – deyə Qriqoryan bildirib.
Anklavların mübadiləsinin nəzərdə tutulub-tutulmadığı barədə suala cavabında o, baş nazirin mətbuat konfransında bütün zəruri izahların artıq verildiyini düşündüyünü qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl sərhədin hər iki tərəfində sülhün təmin olunması üçün anklav və eksklavların olmamalı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan müvafiq əraziləri dəqiq ölçülərinə uyğun şəkildə mübadilə etməlidirlər.
Paşinyan daha sonra mümkün ərazi mübadiləsindən əvvəl keçmiş anklavların yerləşdiyi ərazilərdə delimitasiya prosesinin aparılmasının vacibliyini vurğulayıb.
Ermənistanın baş naziri ərazi mübadiləsinin hüquqi baxımdan mürəkkəb proses olduğunu və təhlil tələb etdiyini də bildirib. Onun sözlərinə görə, bu variant uzun müddətdir müzakirə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Oktyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















