Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Paşinyanın müharibə anonsu: Sentyabr xəbərdarlığı nə qədər ciddidir?

Paşinyanın müharibə anonsu: Sentyabr xəbərdarlığı nə qədər ciddidir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bəzi qüvvələr ciddi nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə deyib. “Ölkədə müharibə partiyasının olması hər gün özünü daha çox göstərir. Çünki bu partiyalar və onların ətrafı sülhə qarşı olmadıqlarını bəyan edirlər, amma onlar hakimiyyətə gəldikdən sonra tezliklə sülh müqaviləsini yenidən nəzərdən keçirəcəklərini deməyə başlayırlar. 

Bunu heç bir yumşalma olmadan birbaşa demək istəyirəm. Bu, müharibəyə gətirib çıxaracaq və təkcə ərazinin deyil, həm də Ermənistanın suverenliyinin itirilməsi ilə nəticələnəcək”,-deyə Paşinyan əlavə edib.

O qeyd edib ki, bəziləri nə dediklərini belə ,başa düşmürlər:

“Onların sitat gətirdiyi mətnlər başqa yerdə yazılıb və onlar oxucu kimi çıxış edirlər. Bundan əlavə, nə dediklərini başa düşməyən qüvvələr və siyasətçilər Ermənistanda heç bir rəsmi vəzifəyə can atmamalıdırlar". 

Baş nazirin sözlərinə görə, onun açıqlamasından sonra təhlükə daha da güclənib. “Bütün qüvvələr dünya nizamını yenidən nəzərdən keçirmək mövqeyindən çıxış edirlər. Bu isə qaçılmaz müharibə deməkdir və seçkilərdən qısa müddət sonra, payızdan gec olmayaraq baş verəcək”, -deyə Paşinyan bildirib. 

O, lazım gələrsə, konkret adlar çəkə biləcəyini qeyd edib.Hibrid müharibəyə gəldikdə, Paşinyan təhdidin mənbəyinin Rusiya olub-olmadığını göstərmədən bildirib ki, söhbət özü  və ailəsi haqqında müxtəlif dezinformasiyaların yayılmasından gedir. 

Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması daha çox iyunun 7-də keçiriləcək parlament seçkilərinə hesablanıb. Ermənistanın Baş naziri müharibə anonsu verməklə həm daxili, həm də beynəlxalq ictimaiyyətə ciddi mesajlar verib. Paşinyanın sözləri seçki prosesi və onun gələcək nəticələri ilə bağlı olsa da, populizm kimi görünməməlidir. 

Çünki Paşinyan Ermənistanın kifayət qədər həssas dönəmdən keçdiyini və ciddi siyasi risqlərin astanasında olduğunu bilir. Ona görə də baş nazir Ermənistan vətəndaşlarını ya müharibə, ya da sülh partiyasına səs verməyə çağırıb. “Müharibə partiyası” dedikdə, Nikol Paşinyan revanşist müxalifəti, “sülh partiyası”  dedikdə isə öz hakimiyyətini nəzərdə tutur. 

Yəni Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən radikal müxalifətin iyun ayında seçkilərdə hakimiyyətə gələcəyi təqdirdə, az sonra müharibəyə başlayacağını Ermənistan ictimaiyyətinə çatdırır. Bununla da o, xalqı seçim qarşısında qoyur ki, müharibə istəyən ermənilər müxalifətə səs verə bilər. 

Sülh tərəfdarları isə mövcud hakimiyyətə üstünlük verməlidirlər. Təbii ki, 2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə isə Azərbaycan ordusunun  Qarabağda keçirdiyi antiterror əməliyyatından kütləvi itki və məğlubiyyətlə çıxmış Ermənistan cəmiyyəti daha çox sülhdə maraqlıdır. 

Söhbət ermənilərin bir toplum olaraq sülhsevər olmasından getmir. Paşinyanın ifadələrindən də aydın olur ki, növbəti müharibədə baş verə biləcək məğlubiyyət Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər. 

Ona görə də bu açıqlaması ilə müxalifətin potensial elektoratını öz tərəfinə çəkməyə çalışır. İkincisi, Paşinyan müxalifətin müharibəyə hazırlaşdığını anons etməklə seçkilərə qədər imzalana biləcək sülh müqaviləsinin əleyhdarlarının təzyiqindən sığortalamaq istəyir. 

Ermənistanın baş nazirinin sentyabrda müharibənin gözlənildiyinə dair dedikləri regionda marağı olan beynəlxalq güclərə ünvanlanıb. Bununla da Paşinyan ilk növbədə “Tramp marşrutu”nun  gələcək idarəçiliyinə investisiya qoyan ABŞ-nin diqqətini cəlb etməyə çalışır. 

Vaşinqton Zəngəzur dəhlizinə yalnız iqtisadi əhəmiyyətə malik nəqliyyat-tranzit layihəsi kimi yanaşmır. Tramp administrasiyası Zəngəzur dəhlizinin keçdiyi əraziyə həm də geostrateji əhəmiyyətə malik region kimi baxır. Bu kontekstdə ABŞ Ermənistanla Azərbaycan arasında müharibənin başlanmasında maraqlı deyil. 

Yəni Vaşinqton Ermənistanda revanşist müxalifətin hakimiyyətə gəlməsində maraqlı deyil və seçkilərdə Paşinyana siyasi dəstək verəcək. Eyni yanaşma Avropa İttifaqına da aiddir. Hazırda Cənubi Qafqazdan keçən kommunikasiyalar, o cümlədən perspektivdə işə düşəcək “Tramp marşrutu” Avropa İttifaqı ilə Mərkəzi Asiya və Çin arasında əsas ticarət-logistika platformasına çevrilməkdədir. 

Rusiyaya gəldikdə isə, rəsmi Moskva Ukraynadakı müharibə başa çatmadan Cənubi Qafqazda hər hansı müharibənin başlanmasını özünə təhdid hesab edir. Çünki İranda ağır müharibənin davam etdiyi bir vaxtda Cənubi Qafqazda növbəti münaqişənin meydana çıxması Rusiyanın Azərbaycan üzərindən Ermənistana və digər bazarlara çıxışının bloklanması deməkdir. 

Eyni zamanda, Moskva cənub sərhədlərində baş verə biləcək istənilən münaqişəyə Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün təhlükə mənbəyi kimi baxır. 

Ona görə də Paşinyanın açıqlaması seçkilərdə həm daxili auditoriyanın, həm də beynəlxalq güclərin siyasi dəstəyini əldə etməyə hesablanmış gediş kimi başa düşülməlidir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: müharibə Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri