Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

PAŞİNYANIN “ÖLDÜRÜCÜ SƏHVİ”... Ermənistan silahlanmaya davam etsə nə olacaq? AzPolitika onlayn siyasiictimai qəzet

PAŞİNYANIN “ÖLDÜRÜCÜ SƏHVİ”... Ermənistan silahlanmaya davam etsə nə olacaq? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Baş nazir Nikol Paşinyan Ermənistanın Fransa, Hindistan, ABŞ tərəfindən silahlandırılmasının Azərbaycana qarşı yönəlmədiyini iddia edib. "Biz ancaq Ermənistanın sərhəd və ərazi bütövlüyünü qorumaq üçün silahlanırıq. …Ermənistanın Azərbaycana hücum etməsiylə bağlı hər hansı niyyət, məqsəd və ya planının olmamasına və bu yolla getməyəcəyinə zəmanət verə bilərəm. Əgər Azərbaycanın da Ermənistana hücum etmək niyyəti yoxdursa, bölgədə gərginliyin dərinləşib genişlənmə ehtimalı sıfıra bərabərdir", - o bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mediasına müsahibəsində bu barədə açıq danışıb və İrəvana xəbərdarlıq edib: “...Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir”. Prezident vurğulayıb ki, bu, fəlakətə aparan yoldur: “Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək...”

Paşinyanın Azərbaycan liderinin xəbərdarlığına reaksiyası Ermənistanın qarşıdakı dövrdə Qərb müttəfiqlərindən silah alışını davam etdirəcəyini göstərir. Əlbəttə, burada İrəvanın mövqeyi az əhəmiyyət daşıyır, proses Fransa hökumətinin tam nəzarəti altında, onun müəyyən etdiyi forma və həcmdə aparılır. Bu yaxınlarda müdafiə naziri Suren Papikyan Parisdə səfərdə olub və Fransanın müdafiə və təhlükəsizlik rəsmiləri ilə silsilə görüşlər keçirib. Müdafiə nazirlərinin mətbuata bəyanatında bir cümlə yer alır: “Fransa və Ermənistan əldə olunan razılaşmaları vaxtında yerinə yetirmək üçün səy göstərəcəklər”. Yəni Ermənistanın Azərbaycanla müharibədə dağılmış ordusununun bərpası, müasir hücum və müdafiə silahları ilə təminatı həyata keçiriləcək. Maraqlıdır, son aylarda Azərbaycanla sülh prosesi ümumiyyətlə rəsmi Parisinin gündəmində olmayıb, ikitərəfli danışıqlarda ancaq Ermənistana iqtisadi, siyasi, hərbi dəstəyin artırılması prioritet təşkil edib. Bu, Parisin ümumiyyətlə Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirir. Azərbaycanın açıq etirazlarına və xəbərdarlıqlarına rəğmən İrəvana müasir hücum silahlarının göndərilməsi, digər tərəfdaşların da prosesə cəlb edilərək miqyasın genişləndirilməsi bundan xəbər verir.

Amma Ermənistanın silahlandırılması və revanşist meyillərə qaytarılması cəhdləri uzun müddət davam edə bilməz. Prezident İlham Əliyev bu barədə mesajlarını həm İrəvana, həm də onun tərəfdaşlarına çatdırıb: “...Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.

Prezident onu da vurğulayıb ki, Azərbaycan Ermənistanda baş verənləri izləyir. Bura hansı silahların, hansı həcmdə, nə vaxt, hansı marşrutlarla daşınması, ölkənin hansı istiqamətlərində yerləşdirilməsi s. daxildir. Əgər hücum silahları sərhədlərə yaxın ərazilərə gətirilib, Azərbaycana qarşı istiqamətləndirilərsə, onların məhv edilməsi ölkənin suveren hüququdur. Bir çox ölkələr, eləcə də Azərbaycan 44 günlük müharibə zamanı beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə aktını həyata keçirib. Gəncə və Bərdə şəhərlərinin atəşə tutulması üçün istifadə olunan “Elbrus”, S-300, “Smerç” raket quruğuları Ermənistan ərazisində aşkar edilərək yerindəcə məhv edilib.

Prezidentin mesajlarından o nəticə çıxır ki, Ermənistanın müttəfiqlərinin dəyişməsi, yaxud ona hansı silahların ötürülməsi Bakı üçün çəkindirici faktor deyil. Ölkənin milli təhlükəsizlik maraqları üçün kiçik təhlükə elementləri göründüyü halda dəqiq zərbələr həyata keçirilə bilər. Nəzərə alaq ki, hazırda Azərbaycan 4 il əvvəlki ilə müqayisədə daha müasir, dəqiq, dağıdıcı silahlara malikdir...

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri