Ermənistan Ordusunda yeni təyinatlar olub AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.
APA-nın yerli mətbuata istinadən məlumatına görə, bu barədə qərarı Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Vaaqn Xaçaturyan imzalayıb.
Sənədə əsasən, polkovnik Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə gətirilib.
Digər sərəncamlarla general-mayor Aleksandr Tsakanyan Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini, polkovnik Simon Nazaryan 3-cü, digər polkovnik Qaqik Poqosyan isə 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Digər sərəncamla Müdafiə Nazirliyi nəzdində Milli Tədqiqat Universitetinə rəhbərlik general-mayor Albert Baqdadyana həvalə olunub.
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















