Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI: Nikol Ərdoğanla nələri müzakirə edib? KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri regionda baş verən son proseslərin məntiqi davamı kimi qiymətləndirilir. Türkiyənin Cənubi Qafqazda getdikcə artan siyasi fəallığı, eləcə də Rusiyanın Ermənistana qarşı təzyiqləri fonunda bu səfər gözlənilən idi”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə səsləndirib:
Ekspertin fikrincə, Paşinyan Ankarada əsasən regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq imkanları və təhlükəsizlik məsələlərini müzakirə edib.
“Xüsusilə, Azərbaycanla Ermənistan arasında nəqliyyat bağlantılarının, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi diqqət mərkəzində olub. Azərbaycan tərəfi dəhlizin açılmasına hər zaman maraq göstərib və bu istiqamətdə fəallığını davam etdirir.
Ermənistan üçün də kommunikasiyaların açılması iqtisadi baxımdan faydalıdır. Yolların açılması bölgədə ticarət və logistik imkanları genişləndirəcək, bu isə Ermənistan iqtisadiyyatına əlavə gəlirlər vəd edir.
Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarından sonra Ermənistanla münasibətlərdə gərginlik müşahidə olunur. Kremlin İrəvana təzyiqləri, hətta Paşinyanın devrilməsi ilə bağlı iddialar fonunda, Ermənistan rəhbərliyi Türkiyə ilə yaxınlaşmağın yollarını axtarır. Bu isə Ankaranın bölgədəki təsirini daha da gücləndirir”.
Politoloq vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda artan rolunu davam etdirir və bu regionda əsas güclərdən biri kimi çıxış edir.
“Azərbaycanın da mövqeyi bəllidir. Bakı regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün kommunikasiyaların açılmasını vacib sayır.
Görünən odur ki, qarşıdakı dövrdə bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşa bilər. Bu proseslərin mərkəzində isə Türkiyə-Azərbaycan-Ermənistan xətti dayanır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 İyun 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















