Icma.az
close
up
RU
Paşinyanın xaç yürüşü erməni xalqına nə vəd edir?

Paşinyanın xaç yürüşü erməni xalqına nə vəd edir?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda hökumətlə Erməni Apostol Kilsəsi arasında münaqişə davam edir və yeni çalarlar alır. Baş nazir Nikol Paşinyan etdiyi paylaşımda kilsənin tarixində və strukturunda görünməmiş islahatlar vəd edir. Hökumət başçısı katolikos II Qareginin kilsəyə rəhbərliyinə son qoymaqla kifayətlənmək niyyətində deyil. Bir müddətdir ki, o, köklü institutda islahatlardan danışır və II Qareginin yerinə başqa bir ruhani şəxsin seçiləcəyindən bəhs edir. Ancaq son paylaşımında Paşinyan katolikosun tutduğu mövqedən uzaqlaşdırılmasından sonra erməni kilsəsinin müvəqqəti olaraq rəhbərsiz idarəçilik formasını da təqdim edir. Baş nazirə görə, bu "keçid müddəti" Erməni Apostol Kilsəsinin "erməni kanonik kitabı"nın tələblərinə cavab verməsinədək davam edəcək.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Parlament seçkisi üçün "katolikos seçimləri"

Paşinyanın kilsəyə qarşı "səlib yürüşü"nün gələn il keçiriləcək parlament seçkisi ərəfəsinə təsadüf etməsi aydın göstərir ki, hakim qüvvə yaxın bir il ərzində ruhanilərin həyatını ən azı iflic etmək niyyətindədir. Paşinyan üçün bu, həyati əhəmiyyət daşıyan plandır. Çünki erməni tarixində hər zaman əlahiddə rol oynamış kilsə hazırkı Ermənistanda ən böyük və ciddi müxalifətdir. Bu qarşıdurmada ən kritik məqam isə ondan ibarətdir ki, erməni kilsəsi Rusiyanın hakim dairələri ilə sıx bağlıdır. Kilsə Moskva ilə İrəvan arasındakı "mərkəz-forpost" münasibətlərinin əsas aktorlarından biridir.

Paşinyan üçün kilsənin təzyiqlərini neytrallaşdırılması ən vacib hədəfidir. Son bir il ərzində kilsə nəinki hökumətin siyasətinə narazılığını bildirir, hətta açıq siyasi mübarizəyə belə müdaxilə edir. Erməni keşiş Baqrat Srbazanın faktiki olaraq müxalifət hərəkatının başına keçməsi erməni kilsəsinin icazəsi olmadan mümkün deyildi. Onun hətta parlamentdə təmsil olunmuş revanşist müxalifət liderləri - Robert Koçaryanla Serj Sarqsyan tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilməsi Eçmiədzinin siyasi proseslərə qoşulması və sabiq prezidentləri açıq müdafiə etməsi anlamına gəlir. Bu baxımdan, kilsə təhlükəsinin ən azı seçki kampaniyası müddətində neytrallaşdırılması hökumətin qarşısında duran əsas vəzifələrdən biridir.

Erməni xalqının IV Filipi

Paşinyanın kilsə ilə bağlı planı kifayət qədər vaxt, prinsipiallıq və cəsarət tələb edir. Bu, həm də erməni tarixinin tamamilə alt-üst edilməsi deməkdir. Tarixdə dünyəvi hakimiyyətin kilsənin fəaliyyətini məhdudlaşdırmasına dair faktlar az deyil. Məsələn, Fransada IV Filip Gözəl Vatikana müdaxilə etməyə və istədiyi şəxsi Roma Papası seçməyə nail olmuşdu. Paşinyanın Ermənistan tarixində IV Filip qədər inadkar ola bilib-bilməyəcəyini yaxın bir il göstərəcək.

Kilsə islahatı uzun illərə başa gələcək bir avantüra da ola bilər. Bu, Paşinyanın xaricdən, əsasən də Rusiyadan gələn təzyiq dalğalarını neytrallaşdırmağa müvəffəq olması deməkdir.

Belə görünür ki, Paşinyan kilsə həyatının ən həssas nüanslarını belə diqqətdən qaçırmır. Məsələn, o, gələcəkdə seçiləcək yeni katolikosun mütləq evli olmasının tərəfdarıdır. Bu da onunla bağlıdır ki, hökumət başçısı hazırkı katolikosun gizli övladının olduğunu iddia edir. Erməni mediasında "keşiş qızı"nın fotoları tirajlanır və II Qareginin özü bu fakta münasibət bildirmir. Görünür, deməyə əsaslı arqument də yoxdur...

Katolikosun evliliyinin mümkünlüyü kilsə nizamnaməsini alt-üst edə biləcək addımdır. Ermənistan liderinin belə bir həssas məqamdan yapışması onun ən azı iki məqsəd güddüyünü göstərir: birincisi, erməni cəmiyyəti üzərində hökmü olan dini lideri nüfuzdan salmaq, ikincisi isə bu kimi həssas və mübahisəli polemika mövzusu ilə dindar elektoratın başını qarışdırıb seçkiyə müdaxiləsini minimuma endirmək.

Geosiyasi kilsə

Kilsənin qol-qanadının sındırılması tək daxili siyasət nöqteyi-nəzərdən vacib deyil. Bu, həm də Paşinyana xarici siyasətdə kart-blanş verə biləcək fürsət ola bilər. Bu gün Eçmiədzin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından tutmuş Zəngəzur dəhlizinin açılması və rəsmi İrəvanın xarici siyasət kursuna korrektələr etməsinədək kompleks problemlərə də müdaxilə etməyə çalışır. Keşişlər hökumətin rəsmi addımlarına zidd olaraq Azərbaycanla sülh prosesinə qarışmaqdan da çəkinmirlər. Sözügedən mövzularda mütəmadi bəyanatlar yayır, revanşizm meyillərinə dəstək verirlər. Paşinyan da yaxşı anlayır ki, daxildə "beşinci kolon"un mövcudluğu, özü də kilsədə "yuva" qurması, hakimiyyətin kursunu həyata keçirməsinə açıq təhdiddir.

Erməni separatizminin dayağı

Qarabağda separatizmin ilk anlarından hərbi-kriminal xuntanın məhvinədək kilsə emissarları siyasi hadisələrin mərkəzində olublar. Azərbaycan torpaqlarının işğalı illərində hərbi əməliyyatlarda əlisilahlı erməni keşişlərinin iştirakına dair onlarla video və foto görüntülər var. Bu fakt onu göstərir ki, erməni kilsəsi tək siyasiləşmiş dini institut deyil, həm də hərbiləşmiş instansiyadır.

Erməni kilsəsi müasir Ermənistanda Paşinyana qədər aktual olmuş kriminal-oliqarx siyasi idarəçilik formasının əsas elementlərindən biri kimi çıxış edib. Koçaryan Sarqsyan dövründə Eçmiədzinlə aralarında olan qeyri-rəsmi razılaşmaya əsasən, ölkə nüfuz dairələrinə bölünüb və tərəflər bu bölgünün tələblərinə riayət ediblər. Kilsəyə və keşişlərə məxsus maliyyə gəlirlərinə heç bir maneə yaradılmayıb, əvəzində Eçmiədzin hakimiyyətə elektoral dəstəyin təmin edilməsini həyata keçirib. Kilsə Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən dini qurumları da nəzarətdə saxlayıb və bu yolla Xankəndidəki cinayətkar rejimə kömək edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri